Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Dünya / “Hacıbala Abutalıbov o qədər “sənə qurban olaram” dedi ki, kompleksə girdim…”

“Hacıbala Abutalıbov o qədər “sənə qurban olaram” dedi ki, kompleksə girdim…”

Hacıbala Abutalıbovdan müsahibə alan bloqqer Mehman Hüseynov təəssüratlarını bölüşür
Son günlərin ən çox səs gətirən video-müsahibələrindən biri də  bloqqer Mehman Hüseynova məxsusdur. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla söhbət edən, bunu videolentin yaddaşına köçürən bloqqer ortaya maraqlı nümunə də qoyub: məmurları tapmaq bir şans işi olsa da, onları danışdırmaq peşəkarlıqdır.
Mehman  Hüseynov  bu müsahibənin hekayəsini danışdı.
 
– Mehman bəy, belə başa düşdük ki, müsahibə qəfil baş tutub. Bir axsam gəzintisi zamanı… 
– Bəli, doğrudur. Mən şəhərdə dostlarımla gəzirdim. Elə oldu ki, qəflətən Hacıbala Abutalıbovla onun söküntü işlərinə baxan köməkçisi Zülfəli adlı məmuru da şəhərdə gəzən yerdə gördüm. Öncə müsahibə almağa çəkindim təbii ki. Amma iki-üç dəqiqə düşünəndən sonra qərar verdim ki, bu söhbəti edim. Telefonu verdim dostlara ki, məni çəksinlər. Sonra da başladım söhbətə.
 
-Söhbətin əvvəlində ona özünüzlə bağlı maraqlı xatırlatma etdiz. “Mən həmin Mehmanam” deyə… 
-Bir dəfə jurnalistlərlə görüşündə demişdi ki, Azərbaycanda bir kişi var, o da İlham Əliyev. Həmin vaxt demişdim ki, biz də kişiyik, Hacıbala müəllim. Müsahibədən əvvəl onu xatırlatdım ki, “bəs yadınıza gəlirmi, həmin Mehman mənəm” deyə. Təəssüf ki, üstümdə kameram yox idi. Qərara gəldim ki, çəkilişi telefonla edim.
 
-Özünüzü jurnalist kimi təqdim etmədiz… 
-Xeyr. Dedik ki, vətəndaşıq, bir-iki problemi nəzərinizə çatdırmaq istəyirik. Yağışlardan sonra Bakı yollarının durumu, qar yağandan sonra yolların təmizlənməsində ucuz işçi qüvvəsi olaraq yaşlı qadınlardan istifadəni nəzərinə a, qar yağanda ucuz işçi qüvvələrindən istifadə edirlər. Ən əsası özü bildirdi ki, sizin kimi gənclər görəndə şad oluram, sizin gələcəyiniz var. O zaman mən ona bildirdim ki, ən yaxşısı odur ki, könüllü şəkildə istefa ərizənizi yazın. O da cavabında elə cavanlar olduğunu dedi. “Mən hazıram getməyə” söylədi.
 
-Belə deyək ki, əhvalının yaxşı vaxtına düşmüsüz… 
-Yanındakı mühafizəçisi dedi ki, cavab verməyin, müsahibə vermir. Amma Hacıbala müəllim Zülfəli adlı köməkçisinə dedi ki, yox, mən cavab verəcəm. Axırda da az danışmasının səbəblərinə toxunub. Deyib ki, az danışan irəli gedər, çox danışanın isə karyerası olmaz. Normal, demokratik ölkələrdə belə olur. Müsahibəyə yazılan 1000 şərhin 100-ü yazıb ki, inanmırlar gözümüzə ki, mer vətəndaşla danışıb. Amma demokratik ölkələrdə belə olmaldır.
“O, stereotipləri dağıtmaq istəyirdi”
-Kadr arxasında nələr oldu? 
-Bəzi söhbətlər oldu, amma onlar efir söhbətləri deyildi. Mən ona sual verdim ki, cənab prezident yerli maşından istifadə etməklə bağlı göstəriş verib. Siz niyə göstərişə əməl etmirsiz? Dedi ki, İlham Əliyevə qurban olaram, öl desə ölərəm.
 “O qədər “sənə qurban olaram” dedi ki, kompleksə girdim”
 
 
-Siz də tez-tez Hacıbala Abutalıbova “qurban olaram” deyirdiz. İroniya idi? 
-O qədər “sizə qurban olaram” dedi ki, kompleksə girdim. Dedim, heç olmasa bir dəfə də mən deyim ki, “mən də sizə qurban olum”.  Hacıbala Abutalıbov mənə müsahibə verməklə əslində stereotipləri dağıtmaq istəyirdi. Biz ondan soruşduq ki, nəyə gecə vaxtı burdasız? Dedi ki, hər gecə iş yerindən Sahilə qədər piyada gəlirəm. Düşünürəm ki, bəlkə də ona bu müsahibədən sonra “bir daha belə səhv eləmə” deyərlər. Amma deyilməsə, yenidən müsahibə almaq şansımız da qalar. Siyasi qərardan çox şey asılıdır.
-Onun dedikləri sizə səmimi gəldi? 
– Onu dəqiq bilmirəm. Çalışırdı ki, səmimi olsun. Bəzən biz cavab almaq istəyəndə o, sualdan yayınırdı. Ya qəsdən edirdi, ya da… Hər halda bizi dinləməsi, bu müsahibənin özü müsbət bir hadisə idi.( “Yeni Müsavat” )

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …

Bir cavab yazın