Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Hacı İbrahim Samir Şərifov “agent” adlandırılmasından danışdı

Hacı İbrahim Samir Şərifov “agent” adlandırılmasından danışdı

“AvestaConcern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli Ölkə.az saytına müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik
“Xəzər adaları” layihəsi ilə bağlı işlər dayandırılıb?
– Xeyr, bu layihə əslində dayanmayıb biraz yavaşlayıb. Hətta, son zamanlar “Xəzər adaları” layihəsinə maraq artıb. Misal üçün deyim ki, ötən həftə təqribən 100-ə yaxın qonağımız olub. Onların arasında Çin, Yaponiya, Küveyt, Rusiya, Ukraynadan gələn nümayəndələr olub. Bundan başqa, Rusiya və Ukraynada yaşayan azərbaycanlılar “Xəzər adaları”nda ev və obyekt almaq istəyirlər. Hər kəsin “Xəzər adaları” layihəsinə böyük maraq göstərməsi bizi də çox sevindirir.
İnşallah tezliklə “Xəzər adaları” öz işini uğurla davam etdirəcək. Artıq buna ciddi hazırlıq işləri görülür və xarici investorlarla danışıqlar aparılır. Yaxın vaxtlarda bir neçə xarici investor “Xəzər adaları”na vəsait qoymaq üçün Azərbaycana gələcək.
Martın 16-da isə Küveytdən olan iş adamları “Xəzər adaları” layihəsinə investisiya vəsaiti qoymaq üçün Azərbaycana gələcəklər. Onlarla danışıqlarımız  müsbət olacaqsa  tezliklə işəbaşlayacağıq.
“Xəzər adaları” layihəsində kazino açmaq istəyən Çinli iş adamı isə bu il aprel ayının sonunda Bakıya səfər edəcək. Hazırda onunla da danışıqlarımız gedir. Çinli iş adamı ilə aramızda bütün məsələlər razılaşdırılıb, yeganə razılığa gəlmədiyimiz məqam kazino ilə bağlıdır. O istəyir ki, “Xəzər adaları”nda kazino olsun. İnşallah çinli iş adamı ilə kazinosuz razılıq əldə etməyi düşünürəm.
Digər çinli iş adamları var ki, onlar da “Xəzər adaları”na böyük maraq göstərir. Martın 15-də onlar mənimlə görüşüblər və “Xəzər adaları” ilə yaxından tanış olublar. Düşünürəm ki, onlar da bu il may ayının sonunadək yeni planla Bakıya gələcəklər.
Bilirsiniz, “Xəzər adaları” gec-tez reallaşacaq. Bunun üçün müəyyən zamana ehtiyac var. Çünki “Xəzər adaları” Azərbaycana milyardlar gətirəcək böyük layihədir. Azərbaycanın Maliyyə Nazirliyinin sifarişi ilə “Veto Consulting” MMC şirkəti 15 iyul 2015-ci il tarixdə “Xəzər adaları”ndaqiymətləndirmə aparmış layihənin, yəni ki, görülmüş işlərin dəyərini 1 milyard 251 milyon manat qiymətləndirib. Bunun cəmi 51 milyonu bankdan götürülən kredit vəsaitidir. Mən 1 milyard 200 milyon şəxsi pulumu layihəyə qoymuşam. Hamı soruşa bilər ki, Hacı İbrahim bu qədər pulu haradan alıb? Bəzən mənim haqqımda bu cür təəccüblü suallar verirlər. Mən indiyədək heç bir dövlət vəzifəsində işləməmişəm, rüşvət görməmişəm, kredit götürüb qaytarmışam. Mən iş adamıyam, hər zaman işləyib pul qazanmışam. Pul qazanmağı bacaran insanam. Ona görə də mən başqaları kimi pullarımı xarici ölkəyə deyil, öz Vətənimə yatırmışam. Düşünürəm ki, mənim kimi digər insanlar da Vətənin qədrini biləcək və ölkəyə investisiya qoyacaqlar. Vaxt gələcək. “Xəzər adaları” Azərbaycanın sərvətinə, müasir şəhərinə çevriləcək.
Bu gün bu layihənin bir milyardlıq inşası demək olar ki, hazırdır, 100 milyon vəsait qoyulandan sonra biz bunu satışa çıxarmağı düşünürük. Yəni, 100 milyon vəsait qoyulandan sonra 1 milyardlıq tikilmiş hissəsi artıq satışa üçün tam hazır olacaq. Biz həmin satılan mənzillərlə də bank kreditlərini bağlaya bilərik. Mən əvvəldən demişdim ki, “Xəzər adaları”nın birinci hissəsi 10 milyarda başa gələcək. Bu gün isə 5 milyarda ehtiyac var. Hazırda bu istiqamətdə də investorlarla danışıqlar aparılır. Əgər kimsə bu layihəyə 100 milyon pul qoysa, yəqin ki, biz də ona bir o qədər əlavə pul qazandıracağıq ki, o adam riskdən qorxmasın və layihədə iştirak etsin. Bu layihəyə 100 milyon vəsait qoyan 200 milyon götürsün ki, “Xəzər adaları” da reallaşsın. Burada mənim qazanmağım əsas deyil, əsas Azərbaycan dövlətinin qazanmağıdır. Bunun Azərbaycan dövləti üçün əsas müsbət cəhəti odur ki, “Xəzər adaları” hazır olandan sonra Azərbaycan dünyanın turizm mərkəzinə çevriləcək və ölkə büdcəsinə milyardlarla gəlir gələcək. Əsas plan odur ki, Azərbaycanda turizmi, qeyri-neft sektorunu inkişaf etdirilsin. Bu istiqamətdə cənab Prezident tərəfindən də lazımı addımlar atılıb. Biz ölkə başçısının Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyi qərar və sərəncamları dəstəkləyirik. Biz də cənab Prezidentin yürütdüyü siyasətə bu cür kömək etmək və dəstək vermək istəyirik. Hər birimizin fikri, amalı bundan ibarətdir.
Xarici investorlarınızın olduğunu dediniz, ancaq adlarını çəkmədiniz…  
– Bilirsiniz, mən bu investorlarımın adlarını açıqlama istəmirəm. Çünki ad açıqlayan kimi onlara mənim haqqımda yalan məlumatlar göndərilir, onları qorxudub fikirlərindəndaşındırmağa çalışırlar. Yəni, bu gün bizi və “Xəzər adaları” layihəsinin reallaşmasını istəməyən qüvvələr var. Təsəvvür edin ki, bəzən mən kiminləsə müqavilə bağlayıb artıq razılaşma məqamına gələndə, bəzi şəxslər onlara mənim haqqımda yalan məlumatlar göndərirlər. İnvestorlarıma deyirlər ki, Hacı İbrahimlə müqavilə bağlamayın, əks halda pulunuz batacaq və sairə. Bəlkə də onlar istəyir ki, “Xəzər adaları” tikilsin, ancaq istəmirlər ki, onu mən tikim.
 
“Beynəlxalq bank işi” ilə əlaqədar sizi yenidən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırırlar?
– Azərbaycanın daxili işlər naziri olan Ramil Usubov cənabları çox ağıllı və ziyalı adamdır. Vaxtilə bizi “Beynəlxalq bank işi” ilə əlaqədar saxalayan zaman da Ramil Usubov cənabları və Vilayət Eyvazov ilə bir neçə dəfə görüşdüm. Onlar da istəmirdi ki, bu məsələ bu qədər böyüsün. Ancaq istəyirdilər ki, kreditlər qaytarılsın. Ona görə də günahsız adamların hər biri azad edildi. Kimin günahı var idisə, onları saxladılar. Hər birimiz çalışmalıyıq ki, banka olan kreditləri vaxtında qaytaraq. Mənim götürdüyüm kreditlərin hələ 2019-cu ilədək vaxtı var. O zamanadək mən bütün kreditləri qaytaracam. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılaraq sorğu-sual edilib sərbəst buraxılandan bəri mənim “Bandotdel” ilə heç bir problemim yoxdur. Sağ olsunlar, dəstək olurlar ki, borcları tez qaytarım. Ramil Usubov cənablarına da təşəkkür edirəm ki, o bu məsələlərdə doğru mövqe tutdu.
Mən fürsətdən istifadə edib, Vilayət Eyvazovu da daxili işlər nazirinin birinci müavini təyin edilməsi münasibətilə təbrik edirəm. Vilayət Eyvazov gözəl insandır və bu vəzifə ona yaraşır.
Bu günlərdə ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan YuriŞvetsin Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında bir sıra iddialar irəli sürüb.
– Açığı, mən bu barədə mətbuatda yazılanları oxuyan zaman şoka düşdüm. Belə bir məlumat doğru ola bilməz. Samir Şərifov kifayət qədər ağıllı, işini bilən və dövlətə bağlı adamdır. Bu adam Azərbaycanın müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb və dövlətə bağlılığını sübut edib. Hazırda o, bütün dövlətin maliyyə yükünü çiyinlərində daşıyır. Ona görə də onun haqqında yayılan bu cür məlumatlar absurddur, inandırıcı deyil. Ola bilər ki, kimlərsə Samir Şərifovu şantaj etməyə çalışır. Yəqin ki, Samir Şərifov kiminsə maraqlarına toxunub, onlar da onu bu cür yolla cəzalandırmaq istəyirlər.
İnanmıram ki, Samir Şərifov bu qədər böyük risk etsin. O, dövlətimizə və Prezidentə sadiq adamdır.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın