Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Həkimlər öldüyümü elan etməyə hazırlaşırdılar” – Boris Conson

“Həkimlər öldüyümü elan etməyə hazırlaşırdılar” – Boris Conson

Koronavirusdan sağalan Böyük Britaniyanın Baş Naziri Boris Conson xəstəlik zamanı həkimlərin onun ölümünü elan etməyə hazırlaşdıqlarını deyib.

Bu barədə Baş Nazir “The Sun”a açıqlamasında bildirib.

“Mən yaxşı vəziyyətdə deyildim və ehtiyat fəaliyyət planlarının olduğunu bilirdim. Vəziyyətin həddindən artıq pisləşəcəyi təqdirdə, həkimlərin nə etməklə bağl hər cür planları var idi”, – deyə Conson vurğulayıb.

Baş Nazirin sözlərinə görə, xəstəxanada “litr-litr” oksigen qəbul edib və bu vəziyyətdən necə çıxacağı barədə düşünüb. Conson özünü şanslı adlandırıb və bir daha onu müalicə edən tibb işçilərinə təşəkkür edib.

Daha əvvəl məlum olub ki, Conson yeni doğulan oğluna Uilfred Lori Nikolas adını verib. Nikolas adı Baş Nazirin həyatını xilas edən iki həkimin şərəfinə qoyulub.

Qeyd edək ki, Conson martın 27-də koronavirusa yoluxduğunu açıqlayıb, aprelin 3-də isə yüksək temperaturla xəstəxanaya yerləşdirilib. O, aprelin 26-da xəstəxanadan sağalaraq çıxıb, bir gün sonra isə işə başlayıb. Azvision.az

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …