Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Həsən Ruhanidən Baydenlə bağlı açıqlama

Həsən Ruhanidən Baydenlə bağlı açıqlama

“Ümidvaram ki, ABŞ-ın yeni administrasiyası beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün addımlar atacaq”.

Bu sözləri İran Prezidenti Həsən Ruhani ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinin elan edilməsindən sonra deyib. H. Ruhani bildirib ki, yeni administrasiya sanksiyaların faydasız olduğunu başa düşərək, sanksiya siyasətinə son qoymalıdır. Bu, məqsədə nail olmaq üçün düzgün siyasət deyil.

İran Prezidenti nəzərə çatdırıb ki, beynəlxalq qanunlara və öhdəliklərə əməl etmək hər bir dövlətin prioritet siyasi xətti olmalıdır. İran xalqı müqaviməti davam etdirərək ABŞ-ın beynəlxalq müqavilələrə əməl edəcəyini gözləyəcək.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsində Co Bayden Donald Trampa qalib gəlib.

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …