Cümə , Oktyabr 30 2020
Ana səhifə / Dünya / Həsən Ruhani zəlzələ zonasına gedəcək

Həsən Ruhani zəlzələ zonasına gedəcək

İranın daxili işlər naziri, ordu və SEPAH komandirləri zəlzələ baş verən bölgəyə ezam olunublar.

APA-nın məlumatına görə, prezident Həsən Ruhani də sabah Kirmanşaha səfər edəcək.

İran Qırmızı Aypara Cəmiyyətinin qüvvələri Kirmanşahda xəstəxanalar yaralılarla dolduğu üçün digər xəsarət alanları hərbi nəqliyyat təyyarələri ilə Tehrana daşıyırlar. Ən çox tələfat və dağıntı Kirmanşah əyalətinin Sərpol Zəhab şəhərində baş verib. Bu şəhərdə infrastruktura ciddi ziyan dəyib. Şəhər məktəblərinin 50 faizi dağılıb.

Zəlzələ nəticəsində ölənləri ümumi sayı 372 nəfərə çatıb və 6000-dən çox insan yaralanıb. İran Səhiyyə Nazirliyi dəfələrlə əhalini qan verməyə çağırıb. Hazırda ölkənin müxtəlif şəhərlərində qanvermə aksiyaları keçirilir.

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …