Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Həsən Ruhani Qaşıqçının qətlinin əsl günahkarını açıqladı

Həsən Ruhani Qaşıqçının qətlinin əsl günahkarını açıqladı

Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı İrandan açıqlama gəlib

Sputnik Azərbaycan “Habertürk“ə istinadla xəbər verir ki, İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanın ABŞ-ın himayəsi olmadan Qaşıqçı cinayətini törədə bilməyəcəyini deyib.

Ruhani Qaşıqçı cinayətini bənzəri görülməmiş, vəhşicəsinə törədilmiş bir cinayət kimi qiymətləndirib: “ABŞ-ın dəstəyi olmadan heç bir ölkənin belə bir cinayət törədəcəyini düşünmürəm. Görünür, bir ölkəyə hökm edən bir qəbilə super gücün qorumasına sahibdir. Bu günün dünyasında və yeni əsrdə belə mütəşəkkil bir cinayətə şahidlik edəcəyimizi və bir sistemin bu qədər vəhşicəsinə bir cinayəti quracağını təsəvvür etməzdim”.

Ruhani Qaşıqçı cinayətinin ABŞ, Avropa və digər dünya ölkələri üçün insan haqları məsələsində bir sınaq olduğunu bildirib.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …