Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / “Həmin gecə bütün ABŞ təyyarələri havaya qaldırılmışdı” – SEPAH Komandanı

“Həmin gecə bütün ABŞ təyyarələri havaya qaldırılmışdı” – SEPAH Komandanı

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Komandanı Hüseyn Salami səhvən vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinə görə üzr istəyib.

APA İSNA-ya istinadən xəbər verir ki, H.Salami məlum hadisə ilə bağlı “Həyatımda heç vaxt belə utanmamışam. Səhv etdik və bu səbəbdən çox sayda həmyerlimiz həlak oldu”, deyə üzrxahlıq edib.

O bildirib ki, həmin gecə Fars körfəzindəki bütün ABŞ təyyarələri və vertolyotlar havaya qaldırılmışdı: “Hamımız müharibə şəraitində idik”.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də SEPAH tərəfindən vurulub. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib.

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …