Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Dünya / “Həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazırıq” – Diaspor təşkilatlarımızın aksiyalarından xülasələr

“Həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazırıq” – Diaspor təşkilatlarımızın aksiyalarından xülasələr

Arxa cəbhənin ön döyüşçüləri… 

Sentyabrın 27-dən etibarən Azərbaycan ordusu işğal altında olan Qarabağda uğurlu əks-hücum və antiterror əməliyyatları aparır. Bu Vətən Müharibəsidir və ermənilərin işğal altında saxladıqları Qarabağın azad edilməsi hər bir azərbaycanlı üçün ən həssas məsələdir. Döyüş bölgəsində ağır məğlubiyyətə uğrayan Ermənistan hazırda müxtəlif ölkələrdə yaşayan erməni diaspor təşkilatları vasitəsilə hər cür təxribatlara əl atır, ölkəmiz və ordumuz haqqında dezinformasiyalar yayır, bizim haqq işimizə ləkə yaxmağa çalışırlar. Təsadüfi deyil ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılara qarşı terror hərəkətlərinin həyata keçirilməsini Ermənistanın rəsmi şəxsləri də tezis kimi irəli sürüblər. Nəzərə almaq lazımdır: biz öz ərazilərimizi işğaldan azad etmək üçün terrorçu dövlətlə döyüşürük!

Ona görə də düşmənlə mübarizə təkcə döyüş bölgəsində, cəbhədə aparılmamalı, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız erməniləri yalanlarına qarşı ideoloji mübarizə aparılmalı, düşmənlərin xarici ölkələrdə hiylə-kələklə dolu bütün çağırışlarına, aksiyalarına layiqincə cavab verilməlidir. Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ildırımsürətli və effektiv tədbirlər planının həyata keçirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, cəbhədəki döyüşlər qədər vacib və həlledicidir.

Necə ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və koordinasiyası ilə xarici ölkələrdəki diaspor təşkilatlarımız döyüşlər başlayandan bu günə qədər nümunəvi fəaliyyət ortaya qoyuraraq dünyanın müxtəlif ölkələrində Azərbaycanın haqq səsinin ifadəçisinə çevriliblər.

Diaspor təşkilatlarımız, soydaşlarımız həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazır olduqlarını bildirərək bu günə qədər müxtəlif ölkələrdə aksiyalar keçiriblər və bundan sonra da haqq səsimizi bütün dünyaya çatdırmaqda davam edəcəklər.  

Oktyabrın 17-də Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində 10 min çox soydaşımız ordumuza dəstək nümayiş etdirdi. Soydaşlarımız Ermənistanın Gəncəyə növbəti raket zərbələri endirməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərə ciddi ziyan dəyməsinə etiraz etdilər.

Oktyabrın 22-də Polşanın Katovitse şəhərində azərbaycanlı gənclərin təşəbbüsü ilə Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya zamanı ermənilər soydaşlarımıza qarşı təxribat törədib, onlara hücum çəkərək fiziki güc tətbiq etdilər. Yaranmış qarşıdurma zamanı ermənilər azərbaycanlılara pnevmatik silahlardan atəş açıblar. Şübhəsiz ki, diaspor təşkilatlarımızın ayıq-sayıqlığı nəticəsində sivil şəkildə polisə müraciət olundu və 3 nəfər erməni həbs edildi. Amma məsələ bununla bitmir. Diasporla İş üzrə Dövlət Komitəsi baş vermiş hadisəni və soydaşlarımızın vəziyyətini diqqətdə saxlayır, onlara lazm olan bütün hüquqi və digər yardımlar göstərməkdə davam edir.

ABŞ-ın Pensilvaniya ştatında yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə Prezident Donald Trampın qatıldığı mitinqdə ölkəmizin haqlı və ədalətli mövqeyini dəstəkləyən şüarlar qaldırıldı. Həmvətənlərimiz “Qarabağ Azərbaycandır!”, “Los-Anceles Ermənistan deyil, Amerikadır – Qarabağ Ermənistan deyil, Azərbaycandır!”, “Azərbaycan icması Trampı dəstəkləyir!”, “Ermənistanın Azərbaycanda mülki şəxsləri öldürməsinə son qoyulsun!” şüarları ilə diqqəti Dağlıq Qarabağ münaqişəsinə və hazırda Azərbaycan torpaqlarında aparılan müharibəyə cəlb edərək, Prezident Donald Trampı obyektiv mövqe nümayiş etdirməyə çağırdılar.

“Çex Respublikasında Azərbaycan İcması” təşkilatının təşəbbüsü ilə Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirildi.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika-Azərbaycan Musiqi Fondunun təşəbbüsü ilə ABŞ-ın Texas ştatının Dallas şəhərinin mərkəzində “Qarabağ Azərbaycandır!” şüarının yazıldığı reklam lövhəsi quraşdırılıb.

Helsinkidə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirildi.

Artıq bir neçə dəfədir ki, Fransanın “RT France” televiziyasında Ermənistanın işğalçılıq siyasəti və Azərbaycanın haqlı mübarizəsi barədə bütün Fransa ictimaiyyətinə məlumatlar verilib.

Macarstanda yaşayan soydaşlarımız Budapeşt şəhərinin mərkəzində yerləşən “Szent İstvan Basilica” kilsəsinin qarşısında icazəli aksiya keçiriblər.

Yaponiyada Yokohama şəhərində, İsraildə Gəncə terroru qurbanlarını xatirəsi yad edilib, hər iki ölkədə yaşayan soydaşlarımız müxtəlif tədbirlərlə erməni təxribatları barədə ictimaiyyəti ciddi şəkildə məlumatlandırıblar.

ABŞ-da İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında dövlət himnimizin sədaları altında üçrəngli bayrağımız havaya qaldırılıb. Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (Azerbaijani Center of Midwest America – ACMA) tərəfindən təşkil olunan tədbirdə təxminən 50 nəfərə yaxın soydaşımız iştirak edib.

Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində dinc əhalinin, mülki infrastrukturun hədəfə alınmasına etiraz olaraq yürüş təşkil edilib. Soydaşlarımız “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan – BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndiriblər.

İsveç Krallığında, Vyanada, Hannoverdə, Varşavada, Londonda, Haaqada və s. dünyanın nəzər nöqtəsinə çevrilən iri şəhərlərdə soydaşlarımız aksiyalar təşkil edərək Ordumuza dəstək nümayiş etdirib, erməni terroruna etiraz ediblər.

ABŞ-ın Ohayo ştatının Columbus şəhərində yaşayan azərbaycanlı iş adamı Səbuhi Nəsibov iri ticarət mərkəzinin (Mall) içərisində Azərbaycan Mərkəzi açıb. Mərkəzdə Azərbaycan dövlətinə dəstək məqsədilə “KarabakhisAzerbaijan!”, “StopArmenianAggression” şüarları asılıb. Eyni zamanda, Ohayoda əsas yollardan birində körpünün üzərinə də bu şüarlar yazılmış baner yerləşdirilib.

Bir neçə gün öncə Monteneqronun “PR Centar” media mərkəzində Azərbaycanda baş verən hadisələrlə bağlı media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Dünya Azərbaycanlıları Konqresi ATƏT, BMT, Avropa Şurası, Avropa Komissiyasına, Almaniya Kansleri və ABŞ prezidentinə müraciət ünvanlayıb.

Bütün bunlar Diasporla İş üzrə Dövlət Komitəsinin koordinasiyası ilə xarici ölkələrdə həyata keçirilən yüzlərlə aksiyadan, tədbirdən kiçik bir hissədir. 

Alman səyyahı Alferd Kerte ermənilərin məğlub olacaqları halda nə edə biləcəklərini, onların psixoloji portretini çox dəqiqliklə ifadə edə bilib: 

“Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa da ehtiyac yoxdur. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir. Ermənilərə qarşı ən böyük humanist addım onları məğlub etməkdir. Onların hiylələri ilə rastlaşmaq nə qədər təhlükəlidirsə, məğlub olduqdan sonra ermənilərin alçaq hərəktləri də diqqət çəkir. Onlar döyüşməyi bacarmırlar, həmişə məğlubdurlar…”.

Ayıq-sayıq olaq! Və unutmayaq: diaspor təşkilatlarımız, xaricdə yaşayan soydaşlarımız arxa cəbhənin ön əsgərləridir!

Samir FEYRUZOV

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …