Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Dünya / Hələ heç kim belə dəhşətli sözlər işlətmədi – İlhamə

Hələ heç kim belə dəhşətli sözlər işlətmədi – İlhamə

Xalq aritsti İlhamə Quliyevanın həmkarı Flora Kərimova haqda səsləndirdiyi fikirlər mətbuatın əsas müzakirə mövzularından birinə çevrildi. Ardınca Flora Kərimova açıqlama verdi və şübhəsiz ki, bu da səs-küysüz ötüşmədi. Amma bu müsahibədə sənətkar təkcə sözügedən məsələ barədə danışmayıb. Nazpəri Dostəliyeva ilə məhkəmə çəkişməsinə də toxunub, vaxtilə deputatlığa namizədliyini verməsindən də, ona qarşı edilən haqsızlıqlardan da…

 

Ölkə.az xalq artisti İlhamə Quliyeva ilə qısa müsahibəni təqdim edir.

 

– İlhamə xanım, bir neçə gün öncə həmkarınız Flora Kərimova barədə səsləndirdiyiniz fikirlər qarşı tərəfdən birmənalı qəbul olunmadı…

 

– Mənimçün bu həyatda Flora adlı adam yoxdur. Sadəcə, mənim mədəniyyətimdən, böyüklüyümdən irəli gəlib ki, verilişin aparıcısının suallarına cavab vermişəm. Öz mədəniyyətimi, böyüklüyümü göstərmişəm. Amma yer üzündə bir Flora qala, bir mən, ömründə barışıq söhbəti ola bilməz. Çünki biz başqa-başqa qurumların adamlarıyıq. Mən öz qurumumun şəxsiyyətiyəm, onun da öz dəstəsi var. Bu insan ömründə dönüb ağıllı adam ola bilməz.

 

– Flora xanım açıqlamasında bildirib ki, siz bir zamanlar onun övladları barədə nəsə demisiniz. Belə bir şey olubmu?

 

– Dünyada anamın ruhu kimi müqəddəs heç nə yoxdur. Allahıma, anamın ruhuna and olsun, heç nə deməmişəm. O, şər-böhtan atır. Heç vaxt heç kimin övladına heç nə deməmişəm, demərəm də. Ananın nankor olmağının övlada heç bir aidiyyatı yoxdur. Flora unutmasın ki, o, mənə böyük bir məhkəməni uduzub və üç min manat cərimə olunub. Fikrimdə tutmuşdum ki, o cəriməni bağışlayım.

 

– Fikrinizdən daşındınız?

 

– Bəli, indi qəpiyinə kimi həmin məbləği ondan alacam, hələ onun canını da alacağam, gözünü də çıxardacağam. Övlad söhbəti bir bəhanədir. Flora getsin, ağlına dua yazdırsın.

 

– Bəs Nazpəri Dostəliyevanın hazırda sizə nə qədər borcu var?

 

– Mərəzəli Nazpəri? Yalandan deyir ki, şamaxılıyam, amma mərəzəlidir, dilənçilik edir. Mənim onun beş-üç qəpiyinə ehtiyacım yoxdur. Nazpərinin mənə 15 min borcu qalıb. Həmin məbləği gözləyən yetim-yesirlər var.

 

– Yerdə qalan 15 min manatı bağışlamağınız mümkün deyil?

 

– Onun kimi adamlara bir qəpik də bağışlamaram. Bir adamın canını almaq istəyirsənsə, onun əlindən pulunu al. O bir parça dilini rahat qoysaydı, bu məsələlər də ortaya çıxmazdı. Nə onu, nə Floranı bağışlamıram. Günahları var, cərimələri var, qəpiyinədək alacağam. Nazpəri mənə bütün məhkəmə instansiyalarını uduzub. Bu adam Ali Məhkəmənin qərarını saymır. O nə karədir ki, Azərbaycanda yaşaya-yaşaya dövlətin qanunlarını saymır? Məgər bu ölkədə dərəbəylikdir? Necə olur ki, Novxanıda üçmərətəbli bağ tikdirə bilir? Pulu yoxdursa, necə tikdirir? Hansı məşuqu o bağı tikdirirsə, cəriməni də o ödəsin. Qurtardı.

 

– Bəlkə barışıq…

 

– (sözümü kəsir – İ.V) Bu qədər söz-söhbətdənsə, alçalmaqdansa, gətirib pulu ödəsin. Məşuqu Sakit adlı adamdır. Əgər məşuqu o pulları ödəməsə, bu adam haqqında prezidentə izahat verəcəyəm. İşlər çox xarab ola bilər. Hələ susuram. Mənim pulum qəpiyinədək ödənməsə, yuxarılarda onun məşuqunun adını çəkəcəyəm.

 

– İlhamə xanım, mən bilən Nazpəri Dostəliyevanın villası var idi.

 

– Hazırda o villada tikinti gedir. O villanı sökdürəcəyəm. Çünki həmin villa Nazpəriyə qanunsuz tikilir.

 

– Açıqlamalarınızdan bildirmişdiniz ki, artıq taclarımdan imtina etmişəm. Bu nə ilə bağlıdır?

 

– O taclar mənə rəsmi şəkildə təqdim olunub. Mən həmin tacları rəsmi tədbirlərdə taxmalıyam. Amma indi taxmıram, qoy taxanlar taxsın, ya da gedib hərə öz papağını başına qoysun. Tac da mənimdir, kreslo da. Hələ ki taclarımı taxmayacağam. Həmin mükafatı dövlət tərəfindən aldığıma görə, borcumdur ki, rəsmi tədbirdə taxım.

 

– Bir çox sənətkarlarımız var ki, həm də deputatdırlar. Məsələn, Zeynəb Xanlarova hazırda Milli Məclisin üzvüdür. Bu il növbəti parlament seçkiləri olacaq…

 

– Mən arzu edirəm ki, Zeynəb xanım bir daha millət vəkili seçilsin, ömrünün sonunadək millət vəkili olsun. O, dəyəli və böyük sənətkardı, özünə də, sənətinə də hörmətim sonsuzdur. Biz dostuq, bir-birimizin xətrini çox istəyirik, dövlət tədbirlərində tez-tez görüşürük, telefon ünsiyyətimiz də var. O, mənim dostumdur, hər adamla dostluq edə bilməz.

 

– Siz də namizədliyinizi verəcəksiniz?

 

– Heç vaxt. Onsuz da millətin nümayəndəsiyəm, bəzi millət vəkilləri mənim gördüyüm işləri görə bilmirlər. Mən onsuz da millət vəkili səviyyəsində olan insanam. Öz layihələrim var. 4-5 il əvvəl cənab prezident mənə demişdi ki, sənədlərini hazırla, millət vəkilliyinə namizədliyini ver. Dedim çox sağ olun böyük insan, sizə çox minnətdaram. Bir dəfə namizədliyimi verdim, keçdim də, mənə qurğu qurdular da, cəzasını çəkdilər də. Adam bir dəfə palçığa batar. Mən xalqımın millət vəkiliyəm. Birinci dəfə millət vəkili seçildim və onun mandatı indiyədək mənim evimdədir.

 

– Namizədliyinizi haradan vermişdiniz?

 

– 2000-ci ildə seçkilərə qatıldım. Günorta saat üçdə artıq deputat seçilməyim dəqiqləşmişdi. Sadəcə nankor, haram insanlar axşam saat 7-də mənim bülletenlərimi yandırdılar. Səhərədək yazıb-pozub, özlərinə iş qurdular və cəzanını da çəkdilər. Haramı yemək olmur ki.

 

– Hansı dairə idi?

 

– Yasamal rayonunundan namizədliyini vermişdim, bu rayonun sakiniyəm. Hamı da bilir ki, beş nəfər namizəddən ən çox səs toplayanı mən idim. Onsaz da millət vəkillərinin görə bilmədiyi işləri mən görürəm.

Həmçinin oxuyun

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb …

Bir cavab yazın