Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Dünya / Gürcüstandakı etiraz aksiyalarında gərginlik – Saxlanılanlar var

Gürcüstandakı etiraz aksiyalarında gərginlik – Saxlanılanlar var

Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında yenidən bərpa olunan etiraz aksiyasında gərginlik yaşanıb.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiya iştirakçıları parlamentin binası qarşısında Rustaveli prospektini bağlamağa cəhd edib. Bu zaman polislə onların arasında qarşıdurma yaşanıb. Polis bir neçə aksiya iştirakçısını saxlayıb. Buna baxmayaraq, aksiya iştirakçıları yolu bağlamağa nail olublar.
Bugünkü aksiyaya müxalif siyasi partiyaların təmsilçiləri də qoşulub. Aksiyanın əsas təşkilatçısı olan ötən il qətlə yetirilmiş yeniyetmənin atası Zaza Saralidze hələlik aksiyaya qatılmayıb.
Parlament qarşısındakı aksiya ilə paralel paytaxtın Vake parkında gənclər Z. Saralidzeyə dəstək aksiyası keçirirlər. Gənclər Z. Saralidzeni siyasi partiyalardan uzaqlaşıb, onlara qoşulmağa çağırıblar.

Həmçinin oxuyun

Aparıcı Rusiya saytı Qarabağdakı separatçı-terrorçu rejimin “bayrağı”nın reklamına başladı…-FOTO

Eyni sayt 2016-cı ildə  qondarma rejimin başçısı Bako Saakyanla müsahibə dərc etmişdi… Rusiyanın məşhur Lenta.ru …