Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Dünya / Gürcüstanda təhsil sistemi ilə əlaqədar yeni model hazırlanıb – Detallar

Gürcüstanda təhsil sistemi ilə əlaqədar yeni model hazırlanıb – Detallar

Gürcüstanda təhsil sistemi ilə əlaqədar yeni model hazırlanıb. Sənəddə 2020-ci ildən etibarən ölkənin ictimai məktəblərində buraxılış imtahanlarının ləğvi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, təhsil sistemində nəzərdə tutulan yeniliklər 2020-ci ildən həyata keçiriləcək. Cari ildə isə (2019-cu il) 11-ci sinif şagirdləri buraxılış imtahanları verməyəcəklər. Buraxılış imtahanları bu il 12-ci sinif şagirdləri üçün qüvvədə qalacaq.

Əsas yeniliklərdən biri də ali məktəblərə qəbulla bağlıdır. 2020-ci ildən başlayaraq ali məktəblər hər bir proqram üzrə baryeri özləri müəyyənləşdirəcək. Gələn ildən etibarən milli imtahanlar 4 fənnin əvəzinə 3 fənn üzrə keçiriləcək.

Gürcü dili və ədəbiyyatı, xarici dil üzrə imtahanlar bütün abituriyentlər üçün məcburi olacaq. Üçüncü məcburi fənn isə ali təhsil müəssisəsinin proqramına əsasən müəyyən ediləcək. Belə ki, texniki istiqamət üzrə abituriyentlər riyaziyyat, humanitar istiqamət üzrə isə tarix fənnindən imtahan verməli olacaqlar.

Həmçinin oxuyun

Pakistan Fransaya nota verdi

Pakistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib. Azinforum.az …