Cümə , Oktyabr 23 2020
Ana səhifə / Dünya / Gürcüstanda seçkiqabağı təxribatın qarşısı alındı

Gürcüstanda seçkiqabağı təxribatın qarşısı alındı

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkədə seçkiqabağı təxribatın qarşısını alıb.

Bu barədə DTX məlumat yayıb.

Təxribatın konkret olaraq nədən ibarət olduğu açıqlanmır. Bildirilir ki, son vaxtlar seçki kampaniyası ilə əlaqədar olaraq əhalinin daha çox toplaşdıqları yerlərdə təxribatlara hazırlıq barədə DTX-ya operativ məlumatlar daxil olurdu. Xidmətin əməkdaşlarının həyata keçirdikləri operativ axtarış-əməliyyat tədbirləri nəticəsində təxribatların qarşısı alınıb.

DTX bəyan edib ki, təxribatlara və ölkədə sabitliyin pozulmasına qarşı mübarizə Daxili İşlər Nazirliyi ilə birlikdə davam etdiriləcək. Ölkənin demokratik imicinə, eləcə də əhalinin təhlükəsizliyinə xələl gətirəcək hərəkətlərin qarşısı alınacaq.(AZƏRTAC)

Həmçinin oxuyun

“Həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazırıq” – Diaspor təşkilatlarımızın aksiyalarından xülasələr

Arxa cəbhənin ön döyüşçüləri…  Sentyabrın 27-dən etibarən Azərbaycan ordusu işğal altında olan Qarabağda uğurlu əks-hücum …