Çərşənbə axşamı , Dekabr 5 2023
Ana səhifə / Dünya / Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən “exit-poll”un nəticələri açıqlanıb

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən “exit-poll”un nəticələri açıqlanıb

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələri açıqlanıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, “Rustavi 2” televiziya kanalının sifarişi ilə “Edison Research” təşkilatının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

“Gallup International” təşkilatının apardığı “exit-poll”un nəticəsinə əsasən isə S.Zurabişvili 58%, Q.Vaşadze 42% səs əldə edib. Təşkilat “exit-poll”u “İmedi” televiziya kanalının sifarişi əsasında həyata keçirib.

Həmçinin oxuyun

Ceyms O’Brayn Azərbaycana gəlir

ABŞ-nin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycan və Rumıniyaya səfər …