Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Dünya / Gürcüstanda polis və yerli ermənilər arasında insident olub

Gürcüstanda polis və yerli ermənilər arasında insident olub

Gürcüstanın Axalkalaki rayonunda patrul polisi və yerli erməni sakinlər arasında qarşıdurma baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, insidentə səbəb patrul polisinin yol hərəkəti qaydalarını pozan sürücünü saxlaması olub.

Sürücü ilə bağlı inzibati cərimə yazılarkən, bir neçə yerli sakin patrul polisi əməkdaşlarına müqavimət göstərib.

Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Axalkalakidə baş vermiş qarşıdurma zamanı kənd sakinləri patrul polis əməkdaşlarını təhqir ediblər, sonra isə fiziki müqavimət göstəriblər. Nəticədə iki nəfər polisə qarşı müqavimət və xırda xuliqanlığa görə saxlanılıb. Saxlanılan şəxslər polis bölməsinə aparılıb. Həmin şəxslərdən biri Меxak Хаçаtryan təzyiqində yaranmış problemlə bağlı xəstəxanaya çatdırılıb.

Həmçinin oxuyun

Britaniya Fars körfəzinə 100 dəniz piyadası göndərir

Böyük Britaniya Oman körfəzində tankerlərin hücuma məruz qalmasından sonra öz gəmilərini qorumaq üçün Fars körfəzinə …