Şənbə , Noyabr 28 2020
Ana səhifə / Dünya / Gürcüstanda koronaviruslu şəxs səhvən xəstəxanadan buraxıldı – VİDEO

Gürcüstanda koronaviruslu şəxs səhvən xəstəxanadan buraxıldı – VİDEO

Gürcüstanda koronaviruslu iranlı səhvən xəstəxanadan buraxılıb.

Bu barədə rusiyalı aparıcı Olqa Skabeyeva öz “Telegram” kanalında video yayımlayıb.

Belə ki, Gürcüstanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən İran vətəndaşına karantindən buraxıldığı deyilib.

O, xəstəxananın qarşısında jurnalistlərə və fotoqraflara Gürcüstan hökumətinə və xəstəxana heyətinə təşəkkür ünvanladığı məktubunu oxuyub. Bu zaman tibb işçiləri onun qollarından tutaraq, yenidən xəstəxanaya qaytarıblar.

Məlum olub ki, xəstəxanada onun nəticələri səhv salınıb.

O.Skabeyeva buna görə hazırda həmin jurnalistlərin, fotoqrafların və onlarla ünsiyyətdə olan onlarla insanın təhlükəli vəziyyətdə olduğunu bildirib.

(Oxu.az)

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …