Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Gürcüstanda koronavirusa yoluxanların sayı 394 nəfərə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 394 nəfərə çatdı

Gürcüstanda daha 86 nəfər koronavirusdan sağalıb.

“Report”un məlumatına görə, bu barədə xəstəliyin monitorinqi üzrə xüsusi saytda bildirilir.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 394 nəfərə çatıb.

“Təsdiq edilmiş yoluxma halları 394-dür, onlardan 86-sı sağaldı”, – deyə saytda bildirilir. Hazırda 5 094 nəfər karantin rejimində, 547 nəfər həkim müşahidəsi altındadır.

Gürcüstanda koronavirusdan ölənlərin hamısı yaşı 70-dən çox olan ahıllardır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …