Şənbə , May 21 2022
Ana səhifə / Dünya / Gürcüstanda bütün məhdudiyyətlər ləğv edilir

Gürcüstanda bütün məhdudiyyətlər ləğv edilir

Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.
Bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Giorgi Qibradze brifinqdə bildirib.
Onun sözlərinə görə, ictimai iaşə obyektlərinə, eləcə də idman, incəsənət və digər tədbirlərlə bağlı say məhdudiyyətləri ləğv ediləcək.
Qərargah rəhbəri qeyd edib ki, distant qaydada çalışanlar işə dönə biləcəklər və PCR test olmadan Gürcüstana qayıdan ölkə vətəndaşları özünütəcrid öhdəliyindən azad olunacaqlar.

Həmçinin oxuyun

Ermənistanın aviaşirkəti İrəvandan Antalyaya uçuşlara başlayır

İyunun 14-dən “Flyone Armenia” İrəvan-Antalya-İrəvan marşrutu üzrə birbaşa qeyri-müntəzəm reyslərə başlayır. Bu barədə aviadaşıyıcının yaydığı …