Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Gürcüstanda bələdiyyə seçkiləri başlayıb

Gürcüstanda bələdiyyə seçkiləri başlayıb

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb. Səhər saat 8:00-da 3644 seçki məntəqəsinin hamısı vaxtında açılıb.

Seçkilərlə əlaqədar 22 siyasi partiya, 5 seçici bloku və təşəbbüs qrupu MSK-da qeydiyyatdan keçib. Seçicilər 2058 bələdiyyə üzvü, 64 şəhər meri və 64 şura üzvünü seçəcəklər. Seçkilərdə 369 şəxsin mer vəzifəsinə, o cümlədən 13 nəfərin Tbilisi şəhər meri vəzifəsinə namizədliyi irəli sürülüb.

Majoritar namizədlərin sayı 4727, partiya siyahısında namizədlərin sayı 12902 nəfərdir. Seçkilərlə əlaqədar 3644, o cümlədən 10 qapalı seçki məntəqəsi səsverməyə tam hazırdır. Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi izləyəcək. Onlardan 54389–u seçici subyektinin, 20641-i yerli təşkilatların, 581-i isə beynəlxalq təşkilatların müşahidəçiləridir. Prosesi, həmçinin 4820 jurnalist izləyəcək.

Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var. Səsvermə ilə əlaqədar 9 546 450 bülleten çap olunub. Gürcüstanda yaşayan milli azlıqlar üçün Azərbaycan-gürcü və erməni-gürcü dillərində bülletenlər hazırlanıb. Azərbaycan-gürcü dilində olan bülletenlər 208 seçki məntəqəsinə, gürcü-erməni dilində olan bülletenlər isə 133 məntəqəyə paylanılıb.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …