Bazar , Oktyabr 25 2020
Ana səhifə / Dünya / Gürcüstanda 20 Yanvar şəhidlərinin yaxınlarına yardım edildi

Gürcüstanda 20 Yanvar şəhidlərinin yaxınlarına yardım edildi

Təşkilatın nümayəndələri ailələrin qayğıları ilə də maraqlanıb.

Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı rayonlarında 20 Yanvar faciəsində şəhid olan, əslən Gürcüstandan olan azərbaycanlıların xatirəsi yad edilib.

Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri Marneuli, Bolnisi, Qardabani və Saqareco rayonlarında yaşayan şəhid ailələrinə baş çəkiblər.

AZEBİ-nin icraçı direktoru Nəriman Qurbanov, təşkilatın İdarə Heyətinin üzvü Sübhan Sarıyev şəhidlərin yaxınlarına başsağlığı verərək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçənlərin əziz xatirəsini ehtiramla anıblar.

Ailələrdə ehsan süfrələri ətrafında səmimi söhbət zamanı şəhidlər yad olunub, onların ruhuna dualar oxunub. Təşkilatın nümayəndələri ailələrin qayğıları ilə də maraqlanıb.

Təşkilat adından şəhidlərin yaxınlarına ərzaq yardımları paylanılıb. Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 20 Yanvar şəhidləri arasında əslən Gürcüstandan olan beş azərbaycanlı – Tengiz Turabov, Ələsgər Qayıbov, Rəşid İsmayılov, Vəfadar Eminov və İlqar Əhmədov da var. Şəhidlərin 4-ü Bakıda, Şəhidlər Xiyabanında, İ.Əhmədov isə doğulduğu Bolnisi rayonunun Faxralı kəndində dəfn olunub. (report)

AzNews.az

image description

Həmçinin oxuyun

Əkrəm İmamoğlu koronavirusa yoluxub

Türkiyə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. APA-nın …