Sosial şəbəkədə biz:
Gürcüstan XİN : "Venesuela Abxaziya və Cənubi Osetiyanın tanınması qərarını ləğv etsin"
Xəbər Şəkli

Gürcüstan XİN : "Venesuela Abxaziya və Cənubi Osetiyanın tanınması qərarını ləğv etsin"

05 January 2026, 08:26
Dünya

Maduronun həbsi fonunda Gürcüstan Venesuelanın Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarının ləğvini gözləyir

Gürcüstan Xarici İşlər Nazirliyi Venesuelada baş verən hadisələrlə bağlı bəyanat yayıb .

Bildirilib ki, Tbilisi vəziyyətin inkişafını diqqətlə izləyir və sonrakı proseslərin Venesuela xalqının maraqlarına uyğun istiqamətdə cərəyan edəcəyinə ümid edir.

Bəyanatda Venesuela hakimiyyətinin daha əvvəl Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıması məsələsinə xüsusi diqqət çəkilib. Belə ki, Gürcüstan bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir.

Nazirliyin bəyanatında qeyd olunur: “Ümid edirik ki, son hadisələr fonunda Gürcüstanın milli maraqlarına və beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan bu qeyri-qanuni qərarın ləğv ediləcək”.

Xatırladaq ki, 2009- cu ildə Venesuela prezidenti Uqo Çaves Rusiya prezidenti Dmitri Medvedyev ilə görüşdən sonra Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlətlər kimi tanıyıb. Bununla da Venesuela bu qurumları tanıyan üçüncü ölkə olub — bundan əvvəl bu addımı Rusiya və Nikaraqua atmışdı. Qərar Qərb ölkələri və Gürcüstan tərəfindən geniş şəkildə pislənib.
AzVision.az