Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının paytaxt Tiflisin mərkəzində keçirdiyi mitinqdə video rabitə vasitəsilə etdiyi çıxışının cinayət olduğunu və buna hüquqi qiymət veriləcəyini söyləyib.

Qeyd etmək lazımdır ki, həmin mitinqdə Mixail Saakaşvili seçkilərin hakimiyyət tərəfindən saxtalaşdırılacağını və buna sərt şəkildə cavab veriləcəyini deyib.

“Buna veriləcək olan cavab – namus, hücum və xalq tərəfindən hakimiyyətin ələ alınmasıdır. Bizdən sərt təpki gözləyin”, – deyə eks-prezident hazırkı iqtidara səslənib.

“Dünən həmin liderin bəyanı faktiki olaraq insanları konkret hərəkətlərə təhrik etməkdir. Uzaqdan da olsa skayp vasitəsilə çıxış hüquqi nöqteyi-nəzərdən dəyərləndirilməlidir”, – deyə baş nazir Georgi Qaxariya Mixail Saakaşvilin çağırışına reaksiya verib.

Xatırladaq ki, sabah Gürcüstanda parlament seçkiləri keçiriləcək. Səsvermə bitdikdən sonra, saat 20:00-da Mixail Saakaşvilinin tərəfdarlarının Tiflisdə böyük mitinqinin baş tutması gözlənilir.
Musavat.com

Həmçinin oxuyun

Yaponiya parlamentinin fəaliyyətə başlamasının 130-cu ildönümü qeyd olunub

Yaponiyalı qanunvericilər noyabrın 29-da ölkə parlamentinin fəaliyyətə başlamasının 130-cu ildönümünü qeyd ediblər. AZƏRTAC xəbər verir …