Ana səhifə / Dünya / Gürcüstan Rusiyanın göndərdiyi hərbi yükü Ermənistana buraxmadı

Gürcüstan Rusiyanın göndərdiyi hərbi yükü Ermənistana buraxmadı

Gürcüstan hakimiyyəti Rusiyadan göndərilən zirehli gödəkçələrlər daşıyan iki yük maşınının Ermənistana getməsinə icazə verməyib.

Bu barədə Gürcüstan KİV-ləri xəbər verir.

Yük maşınları artıq bir aya yaxındır, Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” buraxılış məntəqəsi yaxınlığında yerləşən neytral zonadadır.

Mediada Moskvadan daşınan güllə keçirməyən jiletlərin “humanitar yardım” adı altında qeydiyyatdan keçirildiyi bildirilir.

Ötən gün yük maşınları yenidən Rusiyaya yola düşüb. Sürücülər qeyd edirlər ki, Gürcüstandakı erməni diplomatlar onlara lazımi köməklik göstərməyiblər.

Bundan əvvəl “Sputnik Ermənistan” sosial şəbəkələrə istinadən yük maşınlarının 5 mart tarixində Moskvadan göndərildiyini yazmışdı. Martın 28-də gürcü sərhədçilər sürücülərin və yüklərin sənədlərini müsadirə edərək onların hərəkətinə qadağa qoyub.  Sürücülərdən birininin sözlərinə görə, onları saxlayan gürcü sərhədçiləri yüklərin xüsusi təyinatlı olduğunu qeyd edərək Gürcüstanın Müdafiə Nazirliyindən icazənin tələb edildiyini bildiriblər. Virtualaz.org

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …