Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Gürcüstan parlamenti ölkədə fövqəladə vəziyyət elan olunması barədə qərarı dəstəkləyib

Gürcüstan parlamenti ölkədə fövqəladə vəziyyət elan olunması barədə qərarı dəstəkləyib

Gürcüstan parlamenti Baş nazir Giorgi Qaxariyanın müraciəti əsasında Prezident Salome Zurabişvilinin ölkədə fövqəladə vəziyyətin elan edilməsi barədə imzaladığı fərmanı təsdiq edib.

Parlamentin növbədənkənar iclasında iştirak edən 120 deputatdan 115-i sənədin lehinə səs verib.

Beləliklə, ölkə ərazisində bir sıra konstitusion hüquqların (sərbəst hərəkət, mülkiyyət hüququ, ictimai nəqliyyatdan istifadə, sərbəst toplaşmaq və.s) məhdudlaşdırılmasını nəzərdə tutan 12 maddəlik sənəd hüquqi qüvvəyə minib. Sənədə əsasən, hökumətə büdcə xərcləmələrini dayandırmaq, zəruri olduğu təqdirdə parlamentə fövqəladə vəziyyət büdcəsi təqdim etmək hüququ da verilib.

Fövqəladə vəziyyətin aprelin 21-dək bir ay müddətində davam edəcəyi nəzərdə tutulur.

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …