Bazar ertəsi , May 27 2024
Ana səhifə / Dünya / Gürcüstan parlamenti ilk oxunuşda “rus qanunu”nu qəbul etdi

Gürcüstan parlamenti ilk oxunuşda “rus qanunu”nu qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
83 deputat “lehinə” səs verib, “əleyhinə” səs verən olmayıb.

Müxalifət səsvermədə iştirak etməyib. Gürcüstan Naminə Qaxariya Partiyasının deputatları etiraz əlaməti olaraq parlamentin iclasını tərk ediblər.

“Komandamız iclas zalını tərk edir və sizi bu çətin qərarla qarşılaşmaq üçün tək buraxır. Bu məsələ ilə bağlı bu otaqda sizinlə müzakirə edəcəyimiz başqa bir şeyimiz yoxdur”, – Gürcüstan Naminə Qaxariya müxalifət partiyasından olan deputat Beka Liluaşvili bildirib.

Tbilisinin mərkəzində, parlament binası qarşısında xarici agentlər haqqında qanuna qarşı irimiqyaslı etiraz aksiyaları isə davam edir.

Aprelin 16-da polisin dinc nümayişi dağıtmaq üçün bibər qazından istifadə edib, 11 nəfər saxlanılıb, onlarla insan yaralanıb. Həmçinin onlarla mitinq iştirakçısı xüsusi təyinatlılar tərəfindən döyülüb. Qurbanlar arasında jurnalistlər də var.

Əksər beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqının, Avropa Şurasının, BMT-nin yüksək vəzifəli rəsmiləri, həmçinin ABŞ Dövlət Departamentinin nümayəndələri, Qərb dövlətlərinin liderləri və beynəlxalq siyasətçilər bu qanunu qəbul etməməyə çağırıb. Gürcüstan rəhbərliyini dəstəkləyən yeganə ölkə Rusiyadır.

Bütün bunlara baxmayaraq, Gürcüstan hökuməti geri çəkilməyəcəyini və qanunu qəbul edəcəyini bildirir.

Gürcüstan parlamentinin saytında dərc edilən məlumata görə, mayın 17-də “Rus qanunu” ilə bağlı üçüncü və yekun dinləmələr olacaq.

Həmçinin oxuyun

Subasma səbəbindən azərbaycanlıların kompakt yaşadığı 15 kəndlə əlaqə kəsildi – VİDEO

Güclü yağış Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi və Tetriskaro rayonlarında ciddi fəsadlara səbəb …