Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Gürcüstan NATO-ya daxil olur

Gürcüstan NATO-ya daxil olur

Gürcüstan NATO-ya daxil olmağa tam hazırdır.

Bunu alyansın baş katibi Yens Stoltenberq Varşavada keçirilən NATO Parlament Assambleyasının ssesiya iclasındakı çıxışında bəyan edib.
“NATO-nun üzvü olmaq üçün Gürcüstan artıq bütün lazımi meyarlara malikdir. Hələ ki, biz Brüsseldə keçiriləcək sammitin bütün elementlərini dəqiqləşdirməmişik, amma əminəm ki, müttəfiqlərimiz vaxt tapıb Gürcüstanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakını, onun NATO-ya üzvlük yolunda fəaliyyətini qəbul edəcəklər” – deyə Stoltenberq vurğulayıb.

Sessiya çərçivəsində polşalı rəsmilər də Ukrayna və Gürcüstanın NATO-ya üzv qəbul edilməsinə çağırış ediblər.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın baş naziri Georqi Kvirikaşvili ölkəsinin 2021-ci ildə NATO-nun tamhüquqlu üzvü olacağına ümid etdiyini bildirib. (AzVision.az )

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …