Ana səhifə / Dünya / Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verdi

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verdi

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev vəzifəsindən istefa verib.

Hacı Yasin Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar istefa verdiyini bildirib.

“Son zamanlar sağlamlığımda müəyyən ciddi problemlər yaranıb. Bir ildir ki, həkimlərin nəzarət altında intensiv müalicə alıram. İnşallah ki, Uca Allahın şəfası və həkimlərin də köməyi ilə tez bir zamanda sağalaram. Həkimlərin məsləhəti və tövsiyələrinə əsasən, müalicə dönəmində psixoloji və fiziki olaraq stress və ağır işlərdən uzaq olub, istirahətə çox önəm verməli olduğum bildirilib. Təbii ki, tutduğum məsuliyyətlə həmin tövsiyələrə əməl etmək mümkün olmadığından iki uşaq atası olaraq öz işimdən çəkilməyi, istefa verməyi qərara alıram. Mən həmkarlarım şeyx və müfti ilə müsəlman icması üçün 20 illik fədakar zəhmət və şirin xatirələrlə ayrılacağam”, – deyə Y.Əliyev “Facebook” hesabında yazıb. Azvision.az

Həmçinin oxuyun

Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edildi

Erməni separatçı hərəkatının lideri Vaaqn Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edilib. Bu barədə Virtualaz.org-a Gürcüstan Baş …