Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Gürcüstan marixuana ixracına hazırlaşır

Gürcüstan marixuana ixracına hazırlaşır

Gürcüstanda marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə istehsalına icazə verilməsi məsələsi nəzərdən keçirilir.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata əsasən, bununla bağlı qanunvericiliyə düzəlişlər layihəsi hazırlanıb.

DİN qeyd edib ki, istənilən halda ölkə daxilində marixuananın satışı cinayət məsuliyyəti yaradır.

Yerli mətbuatın məlumatına görə, ölkədə marixuananın istehsalı lisenziyalaşdırılmış fəaliyyət növü elan olunacaq və lisenziya müsabiqə yolu ilə veriləcək.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …