Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Gürcüstan hökuməti böyük dəyişikliyə gedir:18 nazirlikdən 5-i ləğv edilir

Gürcüstan hökuməti böyük dəyişikliyə gedir:18 nazirlikdən 5-i ləğv edilir

Gürcüstanda hökumətin tərkibində struktur və kadr islahatlarının olacağı gözlənilir.

Dəyişikliklərə əsasən, bir neçə nazirliyin birləşdirilməsi nəzərdə tutulub.

Yenilənmiş hökumətdə 2 yeni nazirin yer alacağı da gözlənilir.

Yayılan məlumatlara əsasən, Gürcüstanın Energetika Nazirliyi ləğv olunaraq İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə birləşdiriləcək. Eyni zamanda, sabah yeni daxili işlər naziri təyin olunacaq. Bununla yanaşı, mövcud 18  nazirlikdən 13-nün qalacağı gözlənilir.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili sabah hökumətdə dəyişikliklərlə bağlı bəyanatla çıxış edəcək/APA.

Həmçinin oxuyun

Gürcüstan parlamenti ilk oxunuşda “rus qanunu”nu qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.83 deputat “lehinə” səs …