Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Gürcüstan AB-nin bütün tələblərini yerinə yetirəcək

Gürcüstan AB-nin bütün tələblərini yerinə yetirəcək

Gürcüstan рakimiyyəti namizəd statusu almaq üçün AB-nin bütün tələblərini yerinə yetirəcək.

Bu sözləri Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.

“O ki qaldı struktur islahatlarına, təsdiq olunmuş sənəddə müxtəlif istiqamətlərdə atılmalı olan addımlar qeyd edilib. Namizəd statusu üçün irəli sürülən şərtlər təxminən assosiasiya sazişinin bütün bəndləri ilə üst-üstə düşür. Yeni heç nə yoxdur. Bizim artıq bu öhdəliklərimiz onsuz da vardı və hər bir bənd üzrə müvafiq islahatlar həyata keçiriləcək”, – o bildirib.

Kobaxidze qeyd edib ki, məhz Gürcü Arzusunun idarəetməsi illərində Gürcüstan Avropa Birliyinə qəbul olunmaq üçün böyük inkişaf yolu keçib.

Qeyd edək ki, Avropa Komissiyası Ukrayna və Moldovadan fərqli olaraq, Gürcüstana namizəd statusunun verilməsini tövsiyə etməyib. Bunun üçün şərtlər irəli sürüb. AzVision.az

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …