Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Gürcü deputatın seks videosuna görə – 19 nəfər həbs olundu

Gürcü deputatın seks videosuna görə – 19 nəfər həbs olundu

Gürcüstan parlamentinin qadın deputatı Eke Beseliyanın gizli çəkilişlə əldə edilən videogörüntüsünü yayan şəxsin kimliyi bəlli olub.

Azinforum.az xəbər verir ki, bu haqda Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb. Qeyd edək ki, bu ilin yanvar ayında Eke Beseliyanın sosial şəbəkədə seks videosu yayılmışdı. Gürcüstan DİN videonun yayılmasından dərhal sonra cinayət işi açmışdı. Nazirlik bildirir ki, istintaq çərçivəsində bu günədək 19 nəfər saxlanılıb, onlar şəxsi məlumatları ələ keçirmə və yaymada ittiham olunur.

DİN ad açıqlamayıb. Amma videonun Ermənistanda bir Gürcüstan vətəndaşı tərəfindən yayımlandığını qeyd edib. D.A adlı şəxsin bu videonu Rusiya vətəndaşı M.D-dan aldığı bildirilib. Hər iki şəxs barədə həbs qətimkan tədbiri seçilib. Gürcüstan vətəndaşı Ermənistanda həbs olunub. 

Xatırladaq ki, qadın deputatın cinsi əlaqədə olarkən görüntüsü Tiflisdəki mehmanxanalardan birində çəkilib.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …