Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Dünya / Günün fotosu: “Əlini ver əlimə, gedək üzü küləyə”

Günün fotosu: “Əlini ver əlimə, gedək üzü küləyə”

Bu şəkildəkilərin biri Şimali Koreyanın rəhbəri Kim Çen In, o biri isə Cənubi Koreyanın prezidenti Mun Çey Indır.

Onların belə mehribancasına əl-ələ tutmalarına, sentimental baxışlarına, homoeşq duurşlarına baxmayın, onları bir-birinə heç də lirik duyğular bağlamır. Ortada siyasət söhbəti var.

Əslində onlar bir-birinə doğmadır – bir millətin oğludurlar, o millətin iki dövlətinin iki rəhbəridirlər.

Bu iki dövlət təxminən 70 il öncə bir-birindən müharibəylə qopublar – biri kapitalıizm dünyasının isti ağuşuna sığınıb, o biri sosializm düşərgəsinin dibsiz girdabına yuvarlanıb.

İndi bu iki qardaşın biri dünyanın ən varlı 15 (bəlkə də 10) ölkəsindən biridir, o biri isə dünyanın ən kasıb 10 ölkəsinin sırasında yer alır.

Cənubdakı qardaş bu 70 ildə az qala 50-yə qədər rəhbər dəyişib. Şimaldakı qardaşa isə 70 ildir Kim ailəsi (Kim İr Sen, Kim Çen İr, Kim Çen In) rəhbərlik edir.

Anar Ahmedov adlı şəxsin şəkli.

Bu qardaş dövlətlər uzun illər, hətta bu günə qədər düşmənçilik münasibətlərini əzmlə, qeyrətlə qoruyub saxlayıblar. Amma indi vəziyyət dəyişir.

Şimalda anlayırlar ki, isti cənubla münasibətləri istiləşdirsələr, onların çörəyi, mahnısı olar.

Şimallılar baxırlar ki, qardaş qonşuda hər gün bayramdır, ziyafətdir, özləri isə acqarına oturublar, “müdrik rəhbərlər”in şərəfinə nəğmə oxuyurlar.

Cənublular düşünür ki, əgər şimaldakı qardaşlarıyla barışsalar, canları nüvə zərbəsinə məruz qalmaq təhdidindən qurtular.

Şimallılar anlayır ki, cənublularla birləşsələr bir neçə ilin içində hər şeyləri olar – milli avtomobildən milli kondisonerə, televizora, ütüyə, soyuducuya (özü də içi dolusundan) qədər hər şeyləri.

Hazırda isə şimallıların yalnız milli atom bombaları var, onu da işlətməyə yerləri yoxdur.

Təki bütün qardaşlar barışsın, birləşsin…

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …