Çərşənbə , Mart 22 2023
Ana səhifə / Dünya / Güney Azərbaycanda zəlzələ: 816 nəfər yaralanıb, 3 nəfər həlak olub

Güney Azərbaycanda zəlzələ: 816 nəfər yaralanıb, 3 nəfər həlak olub

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 816 nəfərə çatıb.
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 3 nəfər həlak olub.

Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, dağıntıların meydana gəldiyi Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.
Xatırladaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.

Həmçinin oxuyun

11 nəfər prezident olmaq istəyir -ADLAR

Türkiyənin Ali Seçki Komissiyası (YSK) prezidentliyə namizədliyi qəbul olunan şəxslərin adlarını açıqlayıb. Belə ki, 11 …