Cümə , Oktyabr 23 2020
Ana səhifə / Dünya / Günel Müsəvi Minnesotada möhtəşəm Novruz tədbiri keçirib – FOTO+VİDEO

Günel Müsəvi Minnesotada möhtəşəm Novruz tədbiri keçirib – FOTO+VİDEO

Minnesotada bir il əvvəl yaranan Azerbaijani Association of Minnesota (AAM) adlı qurum martın 16-sı Novruz bayramını təşkil edib. ABŞ-da yaşayan soydaşlarımızın Azinforum.az-a verdiyi məlumata görə, son üç il ərzində ilk dəfə idi ki, Minnesota tarixində Novruz bayaramı Çikaqoda yaşayan azərabaycanlılarla birğə keçirilib. Bu birliyin təşşəbüskarı AAM prezidenti Günel Musəvi olub. Təklif Güneldən gəlsə də, Çikaqoda yaşayan azərbaycanlıları toplayın Minneapolis-a qətirən Emin Səfərov adlı soydaşımız olub. Novruz bayramın şənliyin təşkilatında AAM-in maliyyə direktoru Muxtar Nəsirov da kömək edib. Tədbirdə yüzə yaxın həmvətənlərimiz toplanıb. Novruz tədbirində geniş program təqdim olunub. Canlı skripka Gassan Guzeynzade ifasında, tar ifası Polad Həmidovun təqdimatında, canlı pianio və sintezatr Muxtar Nəsirovun ifasında, və “O Səs Türkiyə” yarımfinal iştrakçısı olan Leyla Rəhimovanın çıxışı tədbirə xüsusi rəng qatıb. Gecədə əyləncəli yarışmalar da təşkil olunub, o cümlədən Novruz ənənəsi olan yumurta döyüşmə yarışması keçirilib. Daha sonra Yusif Musəvinin özəl olaraq Novruz üçün boya ilə çəkdiyi rəsimlər auksiona çıxarılıb və hər üç rəsim Çikaqo və Kenturki də yaşayan soydaşlarımıza tərəfindən alınıb. Əldə olunan gəlir AAM gələcək tədbirlərin təşkilat xərclərinə gedəcəyi ilə bağlı qərar qəbul olunub. Tədbirin keçirilməsində başlıca məqsəd, bir araya gəlib, yeni soydaşlarla tanış olmaq və eyni zamanda məsafələrə son qoymaq olub. Tədbirdən çəkilən video və fotoları təqdim edirik.

Çinarə,

Azinforum.az

Həmçinin oxuyun

Fransa DİN rəhbərindən haram tələb: “Halal ət qadağan edilsin!..”

Paris yaxınlığındakı məktəblərdən birində  “islamçı” kimi təqdim edilən terrorçu tərəfindən tarix müəlliminin  öldürülməsindən sonra Fransa …