Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Gündə 7 kiloqram ət yeyən “KANQAL” iti 20 min avroya satılır – FOTOLAR

Gündə 7 kiloqram ət yeyən “KANQAL” iti 20 min avroya satılır – FOTOLAR

Türkiyənin Bursa şəhərində itlərin saxlanıldığı düşərgədə adı ilə məşhur olan Kanqal itinə satış üçün təyin edilən məbləğ hər kəsi təəccübləndirib.

Musavat.com-un Türk mediasına istinadən verdiyi məlumata görə, artıq dünyanın dörd bir tərəfindən it üçün alıcılar gəlməyə başlayıb.

10 aylıq olmasına rəğmən 90 kiloqramdan çox çəkisi olan itə “Qarabuğa” (Karaboğa) adı verlib. Gün ərzində 7 kiloqram ət yeyən bu it yaşına görə həddindən artıq çox inkişaf edib. İki ayaq üzərinə qalxdıqda normal insan boyunu aşacaq qədər hündürlükdə olan Kanqal itinin təlimi üçün xüsusi baxıcılar tutulub. Ona təlim keçən şəxslər “Qarabuğa”nın bu günə qədər ən yaxşı təlim keçən itlərdən birinin olduğunu deyir.

14 ildir ki, Türk çoban itlərinin yetişdirilməsi ilə məşğul olan Şeref Alkan adlı şəxs bu itin bu günə qədər ən bahalı və yaxşı yetişdirə bildikləri it olduğunu bildirib. İtin hazırkı sahibi onun rənginin də özəl olduğunu deyib.

İtin sahibi onun satılması və qiyməti haqqında da danışıb: ““Qarabuğa” mənim üçün çox dəyərli bir itdir. 10 ay ərzində ona xüsusi diqqət göstərilib. Onun təlimləri ilə hər gün 4 müəllim məşqul olur. Bu iti satış üçün bazara hələ yeni çıxarmışıq. Qiyməti isə 20 min avrodur.”

Sahibinin dediyinə görə, itin bu qədər baha olmasına səbəb onun fiziki inkişafı və rəngidir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …