Şənbə , May 25 2019
Ana səhifə / Dünya / Güləndən şok təlimat: Böyük savaşa hazır olun, terakt törədin!

Güləndən şok təlimat: Böyük savaşa hazır olun, terakt törədin!

FETÖ lideri Fətullah Gülən tərəfdarlarına Türkiyədə xaos yaratmaqla bağlı təlimat verərək, “Böyük savaşa hazır olun” deyib.

Axar.az xəbər verir ki, bu barədə “Yeni şəfəq” qəzeti araşdırma dərc edib.

Məlumata görə, İsrailin Suriyaya hərbi müdaxiləsinə diqqət çəkən Gülən “Suriya ilə birlikdə Türkiyə də qarışacaq” deyib və bütün təşkilat üzvlərinin komanda şəklində çalışmalı olduğunu bildirilib.

O, həmçinin, seçki ərəfəsində Türkiyədə iki kamikadze hücumunun təşkil edilməsini istəyib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ, Fransa və PKK-nın da Türkiyədə 24 iyunda keçirilməsi nəzərdə tutulan seçkilərdən əvvəl terror və xaos törətmək barədə razılığa gəlməsi haqda xəbərlər yayılıb.

Həmçinin oxuyun

Nazarbayev Türk Şurasının Fəxri prezidenti oldu

Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüş zamanı …