Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Dünya / Güclü külək, leysan yağışları və dolu Gürcüstanda ciddi problemlər yaradıb

Güclü külək, leysan yağışları və dolu Gürcüstanda ciddi problemlər yaradıb

Güclü külək, leysan yağışları və dolu Gürcüstanda yenidən ciddi problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, əlverişsiz hava şəraiti bu dəfə Gürcüstanın Ambrolauri rayonunda ciddi problemlər yaradıb.

Güclü külək, yağış və dolu nəticəsində rayon mərkəzində bir neçə yaşayış binasının və 200-ə yaxın şəxsi evin dam örtüyü dağılıb.

Ağacların aşması nəticəsində mərkəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşıb.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür. İlkin hesablamalara görə, Ambrolauri rayonuna dəyən zərər yarım milyon lari təşkil edir.

Həmçinin oxuyun

Prezident icra başçılarını və nazirləri məktəblərə dərs deməyə göndərir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hökumətə, bütün yüksək vəzifəli məmurların- icra başçılarının və nazirlərin həftədə 3 …