Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Görəsən, utanırlar?” – Kamran Ağayev

“Görəsən, utanırlar?” – Kamran Ağayev

Azərbaycan millisinin və Çexiyanın “Mlada” klubunun üzvü Kamran Ağayevin “Qafqazinfo”ya müsahibəsi

– Özünü Çexiyada necə hiss edirsən?

– Əla. Hər şey yaxşıdır. Burda mənə qarşı münasibət də əladır. Özümü rahat hiss edirəm və güclü çempionata gəlmişəm. Komandamızın məqsədi var. Böyük klubdur və biz çempionluq üçün oynayırıq.

– Boleslav klubuna keçidin bir az gözlənilməz alındı…

– Düzdür, heç kimə açıqlamamışdı. Xaricdə oynamaq istəyim var idi. İddialı kluba keçmək fikrindəydim. Danışqılar apardıq və bura gəldim. Fikrimcə, düzgün seçim etmişəm. Gözləyək görək necə olacaq.

– Amma adın Azərbaycanda müxtəlif klublarla hallanırdı…

– Bu barədə danışmaq istəmirəm. Amma haqqımda yazanlara sözüm var ki, indi utanırlar görəsən. Mənim futbolsuz qaldığım vaxtda haqqımda nə istəyirdilər yazırdılar. Gördülər ki, necə kluba keçdim. İndi heç olmasa, düşünürlər ki, səhv etmişik. Bir də üzümü tutub onlara demək istəyirəm ki, mənə zəng etməsinlər. Mobil telefonuma zəng edib narahat edirlər. Sualları varsa, gözləsinlər nə vaxt üz-üzə gələrik suallarını verərlər.

– Heyətə düşmək çətin olmayacaq? 

– Yox, bu barədə düşünmək lazım deyil. Yaxşı məşq edib hazırlaşmaq, əsas heyətdə yer tutmaq lazımdır. Bunun üçün əlimdən gələni edəcəm.

– Hazırda zədəlisən?

– Bəli, zədəm var.

– Nə zaman yaşıl meydanlara qayıdacaqsan?

– Zədəm o qədər ciddi olmasa da, bərpa prosesi keçməyə ehtiyac var. Bacardığım qədər tez meydana dönəcəm. Futbol oynamaq istəyirəm. Çexiya çempionatı Portuqaliya çempionatından da güclüdür. Burada oynamaq üçün daha güclü və hazırlıqlı olmaq lazımdır.

– Azərbaycan çempionatı ilə müqayisə etməyə dəyər?

– Özünüz baxıb görürsüz. Çempionatda 16 komanda oynayır.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın