Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Generalla tanınmış jurnalist təyyarə qəzasında həlak oldular – FOTOLAR

Generalla tanınmış jurnalist təyyarə qəzasında həlak oldular – FOTOLAR

Qazaxıstanın Almatı şəhərində təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və xəsarət alan şəxslərin adları açıqlanıb.

“tengrinews.kz” portalının xəbərə görə, qəza nəticəsində ölənlər arasında Qazaxıstan Generallar Şurasının sədri, 1940-cı il təvəllüdlü general-mayor Rüstəm Kaydarov da var.

Qurbanlardan digəri isə tanınmış jurnalist Dana Kruqlovadır. 35 yaşlı Kruqlova “Informburo.kz” portalında redaktor kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Almatıdan Nur Sultana uçan təyyarə uçuşdan qısa müddət sonra hündürlük məsafəsini itirib və beton səddin üstündən keçərək ikimərtəbəli binaya çırpılıb. Nəticədə 15 nəfər ölüb, 66 nəfər xəsarət alıb.

Göyərtədə 95 sərnişin və 5 ekipaj üzvü olub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təyyarə qəzası ilə bağlı dekabrın 28-də ölkə üzrə matəm elan edilməsi haqqında qərar verib./Qafqazinfo

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …