Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Dünya / “General Polad Нəşimov” gəmisi Ukraynadan bitki yağı daşıyacaq

“General Polad Нəşimov” gəmisi Ukraynadan bitki yağı daşıyacaq

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından daha 2 gəminin çıxışına icazə verib.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

Gəmilərin ümumi yükü 14 250 tondur. “Mrc Lina” gəmisi Yujnıy limanından Mərsinə 7800 ton bitki yağı gətirəcək. “General Polad Həşimov” gəmisi isə Çernomorsk limanından Mərsinə 6 450 ton günəbaxan yağı gətirəcək.
Bundan başqa, əvvəlki günlərdə əlverişsiz havaya görə yola düşə bilməyən 4 gəmi də gün ərzində Ukrayna limanlarını tərk edəcək.

Həmçinin oxuyun

Putin Kadırova general-polkovnik rütbəsi verdi

Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib. Bu barədə Çeçenistan rəhbəri öz Telegram kanalında bildirib. …