Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / General Manvelin arvadı iki maşın dolu “tuşonka”nı aradan çıxarmaq istəyib – VİDEO

General Manvelin arvadı iki maşın dolu “tuşonka”nı aradan çıxarmaq istəyib – VİDEO

Ermənistan polisi general Manvel Qriqoryanın arvadı Nazik Əmiryanın iki avtomobil dolu mal əti konservini aradan çıxarmaq cəhdi barədə məlumat yayıb. Məlumata əsasən Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsininin əməkdaşları Yerevanın Taronts küçəsində üzərində “Əsgər payı. Satış üçün deyil” markalanması olan 2980 qutu mal əti konservi ilə yüklənmiş “UAZ” və “Qaz” avtomobillərini saxlayıblar. Maşınların sürücüləri-“Yerkrapa”nın üzvləri bildiriblər ki, konservlər maşına iyunun 16-da general Manvelin arvadı Nazik Əmiryanın əmri ilə yüklənib. Həmin vaxta qədər konservlər “Yerkrapa”nın Yerevanın Arşakunyats prospektində yerləşən binasında saxlanılıb. Məsələ araşdırılır.

Xatırladaq ki, Manvel Qriqoryanın malikanəsində axtarış zamanı böyük miqdarda silah-sursatla yanaşı 2016-cı ilin aprelində Qarabağda erməni əsgərləri üçün toplanmış yardımlar, o cümlədən Müdafiə Nazirliyi tərəfindən orduya göndərilən ərzaqlar aşkar edilib. Azərbaycan ərazilərini işğal edənlərin başçılarından olan general Manvelin bu rəzilliyi Ermənistan cəmiyyətini sarsıdıb.

Ötən gün KİV-lər Manvelin arvadının bu rüsvayçılığa dözməyərək intihar etdiyi yazıb. Amma Nazik Əmiryan sosial şəbəkələrdə videomüraciətlə çıxış edərək bu məlumatı yalanlayıb. (Virtualaz.org)

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …