Cümə , Dekabr 9 2022
Ana səhifə / Dünya / General dünyasını dəyişib, məzuniyyətə çıxıb, yoxsa…

General dünyasını dəyişib, məzuniyyətə çıxıb, yoxsa…

Hər şey yaxşıdır, sadəcə, ona müalicə və istirahət üçün zaman verilib…”

Rusiya müdafiə nazirliyindən isə rəsmi məlumat yoxdur…

Ramzan Kadırovun “fərsiz” adlandırdığı və yuxarıdan himayə edildiyi iddia edilən general vəzifəsindən kənarlaşdırılıb

Rusiya qoşunlarının “Mərkəz” qruplaşmasının komandanı, general-polkovnik Aleksandr Lapin vəzifəsindən kənarlaşdırılıb.

Moderator.az xəbər verir ki, bu barədə müdafiə nazirliyində anonim mənbələrə istinadən RBK və “Moscow Times” nəşrləri məlumat yayıb.

Oz növbəsində “Ura.ru” internet nəşri generalın üç həftəlik məzuniyyətə getdiyini iddia edir.

“Hər şey yaxşıdır, sadəcə, ona istirahət üçün zaman verilib. Növbəti həftənin əvvəlində hospitala müalicəyə gedəcək, daha bir həftə istirahət edəcək və sıraya dönəcək”, – bunu nəşrin həmsöhbəti deyib.

Bu zaman istirahətdən sonra hərbçi “Mərkəz” qruplaşmasına komandan kimi geri dönməyəcək.  

Lapin dəfələrlə Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindın tənqidə məruz qalıb.

Bu günlər o, generalı tanınmayan “DXR”in şimalında müdafiə xəttinin yarılmasında ittiham edib.

Kadırovun sözlərinə görə, o, bir neçə gün ərzində Lapinlə əlaqə yarada bilməyib. 

Ayın əvvəlində Kadırov generalı Qırmızı Liman rayonunda cəbhədəki iflasda günahkar hesab etdiyini deyib.

Çeçen lideri Lapini “fərsiz” adlandırıb və bəyan edib ki, “onu Baş Qərargahda yuxarı rəhbərlik himayə edir”.

Rusiya müdafiə nazirliyi Lapinin vəzifədən kənarlaşdırılması barədə rəsmən məlumat yaymayıb.

Bu arada isə “24 kanal”  nəşrinə istinadən KİV-lər Lapinin ölüm xəbərini yayıb. Buna səbəb publisist Sergey Talkın özünün “Twitter” səhifəsində postu olub.

“Oktyabrın 29-da Moskva çayından rusiyalı general Aleksandr Lapinin cəsədi çıxarılıb. O, “Mərkəz” işğalçı qruplaşmasının komandanı olub. Hadisə yerində tibb işçiləri və xilasedicilər işləyir”,  nəşr yazıb.

Sonradan bu məlumatın feyk olduğu üzə çıxıb, post müəllifi zarafat etdiyini, amma bunun ciddi qəbul edildiyini söyləyib.

Həmçinin oxuyun

İranda azadlıq tələb edən etirazçılara Azərbaycandan dəstək: Marş yazıldı – VİDEO

İranda azadlıq tələb edən etirazçılara dəstək məqsədi ilə Azərbaycanda marş hazırlanıb. Bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun …