Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / G20: Nazirlərin görüşü bəyanat qəbul olunmadan başa çatdı

G20: Nazirlərin görüşü bəyanat qəbul olunmadan başa çatdı

G20 ölkələrinin maliyyə nazirlərinin və Mərkəzi banklarının rəhbərlərinin Balidə keçirilən ikigünlük görüşü birgə bəyanat qəbul olunmadan başa çatıb.

Buna səbəb kimi qrupun üzvlərindən biri olan Rusiyanın Ukraynaya hücumu və bununla beynəlxalq qaydaları pozması göstərilir.

Məsələni şərh edən Yaponiyanın maliyyə naziri Suzuki Şuniçi bildirib ki, məhz bu səbəbdən bütün iştirakçıları qane edən birgə bəyanatın mətnini hazırlamaq mümkün olmayıb.

Yaponiya, Avropa ölkələri və ABŞ Rusiyanın Ukraynaya hücum etməklə dünya iqtisadiyyatı üçün problemlər yaratdığını, Moskva isə bu ölkələrin Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməklə hazırkı inflyasiyaya səbəb olduğunu bildirir.

Qeyd edək ki, bu, maliyyə nazirlərinin aprel görüşü də daxil olmaqla birgə bəyanat qəbul edə bilmədikləri ikinci görüşdür.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …