Ana səhifə / Dünya / Gəmidə yıxılıb əlil qaldı:10 milyon dollar təzminat tələb edir – VİDEO

Gəmidə yıxılıb əlil qaldı:10 milyon dollar təzminat tələb edir – VİDEO

Gəmi ilə səyahət təhlükəlidir. Batar, sahilə sağ çıxmazsınız. “Mariner os the Seas” laynerinə heç nə olmasa da, sərnişinlərdən biri əlil qalıb.

Amerikalı Keysi Holladey “Royal Caribbean” şirkətinin gəmisində ciddi zədə alıb. Baham adalarında kruiz zamanı 25 yaşlı sərnişin “Sky Pad” adlanan attraksionda yüksək məsafədən yerə düşüb.

Batut üzərində tullanarkən mexanizm sıradan çıxıb və Keysi 6 metr hündürlükdən göyərtənin üzərinə gəlib. Gəmi dərhal Mayamiyə qayıdıb. Onu təcili xəstəxanaya çatdırıblar. Doqquz gün orada keçirən Holladeyin sümükləri elə qırılıb ki, indi o yalnız əlil arabasının köməyi ilə hərəkət edə bilir.

Holladey “Royal Caribbean” şirkətini məhkəməyə verib. Amerikalı 10 milyon dollar təzminat tələb edir./Bizimyol.info

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …