Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Gəlmə köpəyoğlu…” – Xankənində, “parlament”də Azərbaycanca söyüş söyən kimdir?

“Gəlmə köpəyoğlu…” – Xankənində, “parlament”də Azərbaycanca söyüş söyən kimdir?

Dağlıq Qarabağda, separatçıların qondarma “parlamentində” yeganə müxalifətçi “deputat” Ayk Xanumyana azərbaycanca söyüş söyüblər. Bu barədə erməni mətbuatı yazıb. Ona söyən Qarabağın “xalq artisti” və “qəhrəmanı”, deputat Janna Qalstyandır.
İnsident “parlamentdə” Ayk Xanumyanın qondarma “dqr prezidenti” Bako Saakyanı tənqid etməsi zamanı baş verib. Müxalifətçi “deputat” bildirib ki, 2017-ci il üçün büdcə icrası haqda layihənin əleyhinə səs verəcək. Çünki nə ictimaiyyətin, nə “parlamentin” büdcə pullarının xərclənməsi üzərində nəzarəti yoxdur.

Bundan əlavə, Xanumyan Bako Saakyanın istefasını da tələb edib. “Əgər Saakyan vəzifədə qalsa, dövlətin sonuncu çətirini belə öz qohumlarına satacaq, əvvəllər əldə edilmiş xidməti avtomobillər qəpik-quruşa özəlləşdiriləcək və büdcə pulları hesabına yeniləri alınacaq, insanların əmlakının qurama işlərlə əllərindən alınması və Bako Saakyanın yaxın adamlarına verilməsi davam edəcək”-o deyib.
Bu vaxt Janna Qalstyan yerindən duraraq, Ayk Xanumyanı söyüb, ona Azərbaycanca “gəlmə köpəyoğlu” deyib. “Əlbəttə, heyvan mənəm ki, sənə dözmüşəm”-deyə, Ayk Xanumyan ona cavab verib və Qalstyanın ünvanına seksual xarakterli söyüş qaytarıb.

“Aykakan jamanax” qəzetinə açıqlamasında Qalstyan deyib ki, Xanumyanı “”prezident”in ünvanına nalayiq ifadə işlətdiyi üçün” söyüb. Qarabağ müxalifətçiləri isə onun Ermənistanın İcevan bölgəsindən olan Xanumyanın ünvanına “gəlmə” sözünü işlətməsini pisləyiblər.
“Qarabağ hakimiyyətinin bütün mahiyyəti bax budur. Onlar Ermənistandan gəlib Qarabağda döyüşənləri və ölənləri gəlmə sayırlar, gəlib burada ədalət uğrunda mübarizə aparanlar onlar üçün gəlmədir”– “Milli dirçəliş” partiyasının üzvü Tiqran Qriqoryan deyib.
Virtualaz.org

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …