Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Gənc qız xalça ilə evləndi – FOTO, VİDEO

Gənc qız xalça ilə evləndi – FOTO, VİDEO

İngiltərədə yaşayan bir qadın xalça ilə evlənib.

Musavat.com haberler.com-a istinadən xəbər verir ki, İngiltərənin Mançester şəhərində 27 yaşındakı bir qadın bir il əvvəl aldığı xalçanı sevdiyini bildirib və həmin xalça ilə nigaha daxil olub.

27 yaşlı Bekki Cocks böyük bir mərasimlə, bir insanla evlənir kimi həmin xalça ilə evlənib.

Mərasimdə xalçaya qarşı sevgisindən bəhs edən Cocks, onu ömrünün axırına kimi qoruyacağına, təmizliyinə diqqət edəcəyinə söz verib.

Zarafat gerçək oldu

Aldığı xalçaya olan sevgisini tez-tez dilə gətirən qadın, dostlarının “bu qədər sevirsənsə, onunla evlən” – zarafatını ciddi qəbul edib və bunu reallaşdırıb. Bu sözdən sonra xalçaya ərə getmək fikrinə düşən 27 yaşlı qadın hər kəsi təəccübləndirən və dünyada bir ilk olan addımı atıb.

“Onsuz bir həyat düşünə bilmirəm”

Hər zaman xalça üzərində addımlamayacağını vəd edən gənc qadın “ona göz-qulaq olmaq üçün həddindən artıq çox zaman sərf edirəm”, – deyə bildirib. Bekki Cocks qeyd edib ki, evləndiyi xalçasından ayrı bir həyat düşünmür və onu həyatda hər şeydən çox istəyir.

“Yeni ilimi xalçamla birlikdə keçirəcəyəm”

Xalçaya həddindən artıq bağlı olan qadın deyib ki, onunla yatıb, onunla durur. “Ərimdən boşanandan sonra bu xalça mənim sirr yoldaşım olub. Bütün sevincimi, kədərimi xalçamla bölüşürəm və onunla çox xoşbəxtəm. Bu il yeni ilimi də ilk dəfə onunla qarşılayacağam”.

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …