Ana səhifə / Dünya / “Frenk Elkaponi bizə şər atır…” – AAK-dan ağır ittihamlara cavab

“Frenk Elkaponi bizə şər atır…” – AAK-dan ağır ittihamlara cavab

Avropa Azərbaycanlıları Konqresi (AAK) qurumla bağlı mətbuatda gedən yazılara və ittihamlara cavab verib.

Qurumun Nəzarət Təftiş Komissiyasının sədri Vasif Muradlı adından məsələ ilə bağlı BakuPost-a daxil olan bəyanatda yayılan məlumatların Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, “İntersever” şirkətlər qrupunun azərbaycanlı prezidenti Frenk Elkaponi ləqəbli Füzuli Məmmədov tərəfindən ötürüldüyü bildirilir və ona qarşı ağır ittihamlar irəli sürülür . “Füzuli Məmmədovun Avropa qitəsində böyük nüfuza malik olan Avropa Azərbaycanlıları Konqresiniparçalanması planını həyata keçirmək üçün 14.8.2018-ci il tarixindən bu günə kimi həqiqətə uyğun olmayan şər, böhtan dolu məlumatlar yayması AvropaAzərbaycanlıları Konqresinin Nəzarət Təftiş Komissiyasının rəhbəri olaraq böyük təəssüflə qarşılayır və qınayıram.

Bildirmək istəyirəm ki, Fizuli Məmmədov AAK-a yardım etmək əvəzinə AAK-ın zəifləməsinə, parçalanmasına çalışmaqla düşmənlərimiz olan Avropada fəaliyyət göstərən erməni diasporunun niyyətlərini reallaşdırmağa çalışır. Heç kimə sirr deyil ki, Rusiyada ÜAK-ın parçalanıb ləğv olması erməni diasporunun planları sayəsində baş verdi.

Diqqət etdikdə görürük ki, Füzuli Məmmədov müsahibələrində AAK rəhbərliyini öncə separatistlərlə görüşməkdə ittiham edir, sonra bu yalanı ifşa olduqda yeni, həqiqətə uyğun olmayan yalanlarla dolu, AAK-a aid olmayan hesab xərcləri nümayiş etdirərək AAK haqqında ictimaiyyətdə mənfi rəy yaradan müsahibələr verir. Məqsəd birdir: AAK parçalansın, ləğv olunsun.

Belə ki, 28.8.2018 ildə bəzi KİV-də dərc etdirdiyi böhtan dolu sifarişli yazısı buna sübutdur. Yazıda göstərilir ki ,guya bir qrup araşdırmaçılar müəyyən ediblər ki, AAK-da külli miqdarda yeyinti olub. Bunu Füzuli Məmmədovun təqdim etdiyi özünə və dostlarına xərclədiyi vəsaitin sənədləri ilə sübut etməyə çalışırlar.

AAK tək Füzuli Məmmədovdan ibarət deyil. Nədənsə həmin araşdırma qrupu AAK-in Nəzarət Təftiş Komissiyasının rəhbərliyinə, İdarə heyətinə deyil, Füzuli Məmmədova müraciət etməyi üstün tutub”.

Avropa Azərbaycanlıları Konqresi Nəzarət Təftiş Komissiyasının sədri bəyan edib ki, 28.8.2018 ildə dərc olunan yazıda təqdim olunan 23.11.2017-28.11.2017 tarixli sənədlərdə xərclənən vəsaitin AAK-a heç bir adiyyəti yoxdur: “AAK-ın yeni heyəti rəsmi fəaliyyətinə 1 mart 2017 il də başlamışdır və bu dövr ərzində, yəni 20.8.2018 tarixinə qədər AAK-a Füzuli Məmmədov tərəfindən heç bir maddi dəstək edilməmişdir.

2017-ci ilin noyabrında Brüsseldə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” adlı konfrans Diasporla İş üzrə Dövlət Komitəsinin maddi dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirildiyi halda Fizuli Məmmədovun bu əhəmiyyətli tədbiri öz adına çıxması çox gülüncdür. Həmin araşdırma aparan qrup Diaspor Komitəsinə müraciət etsəydi, Füzuli Məmmədovun yalanlarını ifşa etmiş olardılar.

Fizuli Məmmədov müsahibələrində və ya kimlərinsə adı ilə yazdırdığı yazılarda ifrat dərəcədə yalanları ilə əslində özünün mənfi niyyətlərini ifşa edir. Buna sübut yalan sənədlər və hətta adiyəti olmayan sənədlər təqdim etməsidir. Məsələn Mingəçevir Ağac Emalı Səhnmdar Cəmiyyətinə aid olan sənədi də nədənsə bu yazıda AAK-a şamil edilib. Həmçinin Füzuli Məmmədov Base telefon mağazasıdan etdiyi alış-verişi, Brüssel Zaventem hava limanındakı şəxsi xərclərini hətta bankomatdan şəxsən çıxartdığı nəğd pulları AAK-a yardım kimi göstərməyə çalışılır. Görəsən, bu güclü araşdırmaçılar nədən bu kobud faktları görməzdən gəliblər?”

V. Muradlı qeyd edib ki, Fizuli Məmmədov bu oyunlara son qoymazsa, AAK ölçü götürülməsi üçün hüquq-mühəfizə orqanlarına müraciət edəcək.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …