Cümə , Fevral 3 2023
Ana səhifə / Dünya / “Fransızların bəslədiyi ilan özlərini sancmağa başlayıb” – Hulisi Akar

“Fransızların bəslədiyi ilan özlərini sancmağa başlayıb” – Hulisi Akar

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, terror təşkilatı PKK tərəfdarlarının Fransanın paytaxtı Parisdə törətdiyi hadisələrlə bağlı “Fransızların bəslədiyi ilan özlərini sancmağa başlayıb. Artıq hər kəs əsl üzünü görməlidir” deyib.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Hulusi Akar bu sözləri TSQ komandanlığının müşayiəti ilə Suriya sərhəd xəttində qoşunların təftişini həyata keçirən zaman deyib.

Müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı qiymətləndirmələr aparan Akar, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) uğurlu əməliyyatları ilə Türkiyənin cənubunda yaradılması arzulanan terror dəhlizini darmadağın etdiklərini bildirib.

Akar, “Bu təhlükə hələ də varmı? Var. Belə bir məqsəd varmı? Var” deyə söyləyib:

“Buna qarşı mübarizəmizi davam etdirəcəyik və nə lazımdırsa edəcəyik. Heç kim bizdən sərhədimizin yaxınlığında yuva salan terror ünsürlərinə dözməyimizi gözləməməlidir. Türkiyə Silahlı Qüvvələri ölkəmizin və soylu millətimizin təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri lazımi yerdə və zamanda alıb və buna davam edəcək”.

TSQ-nın Suriya və İraq başda olmaqla bütün qonşuların ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət etdiyini bildirən Akar, onların yeganə hədəfinin terrorçular olduğunu vurğulayıb. APA

Həmçinin oxuyun

Rusiya təkcə Ukraynadan deyil, Gürcüstandan da çıxmalıdır – Zurabişvili

“Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir”. Modern.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Bloomberg” …