Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Dünya / Fransızlar Eldar Əziziovun ideyasını oğurladı

Fransızlar Eldar Əziziovun ideyasını oğurladı

Fransalı şirniyyatçılar dünyanın ən böyük tortu – “Opera”nı hazırlayıblar.

“Le Parisien” xəbər verir ki, onu hazırlamaq üçün mindən çox yumurta və 36 kiloqram şokolad lazım olub. Onlarla mütəxəssis tortu hazırlamağa üç gün sərf ediblər. “Opera” 30,73 metr uzunluğunda olub.

Təşkilatçılar onun dünyanın ən böyük tortu olmasına şübhə etmirlər.

Redaksiyanın qeydi: Fransızlar gözlərinin içinə qədər yalan danışırlar. Dünyanın ən uzun tortunu vaxtilə Sumqayıtda, indi Bakını ağ günə çıxaran o vaxtkı icra başçısı Eldar Əzizov hazırlatmışdı. 2013-cü ilin dekabrında Sumqayıtda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə hazırlanmış bu “bəxtəvər” tortun təqdimatı da olmuşdu  Çəkisi 12 tona yaxın, uzunluğu 52 metr olan Avropanın ən nəhəng tortunun üzərində Bakının, Sumqayıtın, Azərbaycanın digər bölgələrinin görüntüləri əks olunmuşdu. /Moderator.az

Fransızlar Eldar Əziziovun ideyasını oğurladı 
Fransızlar Eldar Əziziovun ideyasını oğurladı 
Fransızlar Eldar Əziziovun ideyasını oğurladı 

Həmçinin oxuyun

Bəşər Əsəddən CHP liderinə şok dəvət: “Dəməşqə gəlin…”

Suriya Prezidenti Bəşər Əsəd Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu ikitərəfli …