Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Fransada Naxçıvanla bağlı təqdimat oldu -FOTOLAR

Fransada Naxçıvanla bağlı təqdimat oldu -FOTOLAR

Parisdə Azərbaycan-Fransa regionlar arası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin iclası keçirilib.
Moderator.az nuhcixan.az-a istinadla xəbər verir ki, iclasda  Naxçıvanla bağlı ayrıca təqdimat da olub.
Fransadakı səfirliyimizin Mədəniyyət Mərkəzində keçirilən iclasda Naxçıvan da təmsil olunub. 

İclasda hər iki ölkədən Komitənin həmsədrləri, səfirləri, diplomatları, Naxçıvan MR-nın nümayəndəsi, eləcə də qardaşlaşmış şəhərlərin mer və mer müavinləri iştirak ediblər, yeni qardaşlaşacaq şəhərlərdən söz açılıb.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan haqqında ətraflı məlumat verib.

O bildirib ki, uzun illərdir Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada şəraitində yaşamasına baxmayaraq Naxçıvanda inkişafa nail olunub, enerji və ərzaq təhlükəsizliyi təmin edilib. Müasir infrastruktur yaradılıb. Naxçıvandakı səhiyyə turizminin inkişafı sahəsində mövcud infrastrukturların Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi, dərman bitkiləri, “Badamlı” və “Sirab” kimi təbii müalicəvi süfrə suları, eləcə də təktanrıçılıq abidəsi olan Əshabi-Kəhf hər il dünyanın müxtəlif ölkələrindən yüz minlərlə turisti cəlb edir.

Naxçıvan MR ilə Fransa arasında iqtisadi-ticarət, təhsil, mədəniyyət və elm sahələrində səmərəli əməkdaşlıqdan söz açan daimi nümayəndə Fransada keçirilmiş bir sıra beynəlxalq iqtisadi sərgilərdə Naxçıvan şirkətlərinin də iştirak etdiyini vurğulayıb.

Qeyd olunub ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuş, həmin il Azərbaycanın “Gənclər paytaxtı” seçilmişdir. Eyni zamanda 2018-ci ildə Naxçıvanda Avropa Günləri keçirilmiş, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları muxtar respublikada səfərdə olublar.

Naxçıvan şəhəri ilə Fransanın Möntrö-Fot-Yon şəhəri arasında imzalanması nəzərdə tutulan  Dostluq və Əməkdaşlıq Xartiyasını əlaqələrin inkişafında yeni mərhələ kimi dəyərləndirən Bəxtiyar Əsgərov fransız tərəfini Naxçıvana dəvət edib.   

Qeyd edək ki, B.Əsgərov həmin tədbir çərçivəsində Fransanın Möntrö-Fot-Yon şəhərinin meri Ceyms Şeron ilə də görüşüb. Ceyms Şeron Bəxtiyar Əsgərovu Möntrö-Fot-Yon şəhərinə dəvət edib. Sabah həmin şəhərdə ikitərəfli görüş keçiriləcək.

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …