Cümə , Oktyabr 30 2020
Ana səhifə / Dünya / Fransada məmurlar küçədə gecələyəcək

Fransada məmurlar küçədə gecələyəcək

Fransada 50-ə yaxın məmur şaxtalı havada sözün əsl mənasında küçədə gecələyəcək.

Oxu.Az  “RİA Novosti”-ə istinadən xəbər verir ki, bu təşəbbüslə Etamp rayonunun meri Eson Mama Si Facebook səhifəsində çıxış edib.

Məqsəd yerli ictimaiyyətin diqqətini soyuq hava şəraitində küçədə gecələməli olan evsizlər və kimsəsiz insanlara yönəltməkdir.

“Ötən il  500-ə yaxın evsiz insan küçələrdə dünyasını dəyişib, 2018-ci ildə isə təkcə Parisdə bir ay yarım ərzində 13 nəfər həyatını itirib. Fevralın 28-də xalq tərəfindən seçilmiş 50-ə yaxın məmur küçədə, Austerlisk vağzalı yaxınlığında gecələyəcək” –deyə Si qeyd edir.

Xatırladaq ki, bir neçə gün əvvəl Fransa paytaxtında keçirilən “Həmrəylik gecəsi” adlı tədbirdə, küçədə qalan evsizlərin sayı hesablanıb.  Aksiya təşkilatçılarının məlumatına görə, Paris küçələrindən 5 minə yaxın evsiz insan yaşayır, onların bir hissəsi artıq sığınacaqlara göndərilib. Habelə 3 minə yaxın insan havaların soyuq keçməsinə rəğmən küçələrdə gecələməli olur.

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …